Dünya

Rusiyada PUA-lara qarşı lazer silahlar hazırlanır

“Rusiyada pəhpadlarla mübarizə çərçivəsində yeni lazer sistemləri yaradılır”.
Bunu Rusiya Difa vəzirinin müavini Aleksey Krivoruçko “Krasnaya Zvezda” qəzetinə müsahibədə bildirib.
O qeyd edib ki, hazırda düşmənin pəhpadlarına qarşı “Peresvet” kompleksindən başqa optik və optik-elektron vasitələrlə təchiz edilmiş əlavə lazer komplekslərinin yaradılması üçün işlər davam etdirilir. “Pəhpadlara qarşı mübarizə aparmaq üçün zirehli maşınlara sözügedən atəş silahları quraşdırılır. Havadakı elektron avadanlığın məhvi üçün radiotezlik kompleksi də hazırlanır”, – deyə Aleksey Krivoruçko bildirib.
Vəzirlik rəsmisinin sözlərinə görə, ötən ilin sonundan etibarən bütün “Peresvet” lazer kompleksləri artıq silahlanmaya qəbul edilib.

Related Articles

Bir cavab yazın

Back to top button