İran

İranın bir çox bölgələrində kəskin içməli su qıtlığı yaşanır

İranın Buşehr vilayətinin bəzi bölgələrində kəskin içməli su çatışmazlığı yaranıb.

“Aznews tv” xəbər verir ki, Buşehr vilayətinin İslam Şurası Məclisindəki nümayəndəsi əyalətin bəzi yerlərində ciddi su çatışmazlığı və vətəndaşların içməli su təchizatının zəif idarə olunması ilə bağlı xəbərdarlıq edib.

O, bu haqda deyib: “Hazırda Delvar, Dəşti kimi şəhərlərdə su təchizatı ilə bağlı vəziyyət narahatlıq doğurur və əgər düzgün idarə edilməzsə, bu ilin yayında ciddi problemlərlə üzləşəcəyik”.

Millət vəkili əlavə edib: “Təngestan çölündə bəzi kəndlərin əhalisi hətta ayda bir gün belə içməli sudan istifadə edə bilmir”.

Xatırladaq ki, içməli və əkinçilik üçün istifadə olunan su problemi İranda ən böyük çətinliklərdən sayılır. Bununla bağlı sosial mediada tez-tez ölkənin müxtəlif şəhərlərində əhalinin etirazlarını göstərən video və xəbərlər yayılır.

Related Articles

Bir cavab yazın

Back to top button