İran

İran mühafizəkarları xarici işlər nazirinin cəzalandırılmasını tələb edir

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Amerika ilə birbaşa danışıqlar aparılmasının mümkünlüyü ilə bağlı dediyi fikirlər ölkədə qalmaqala səbəb olub

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Amerika ilə birbaşa danışıqlar aparılmasının mümkünlüyü ilə bağlı dediyi fikirlər ölkədə qalmaqala səbəb olub.

“Aznews tv”xəbər verir ki, bu gün axşam saatlarında Qum elmi hövzəsinin (dini mədrəsə) bir qrup tələbəsi və müəllimi İran parlamentindən Abdullahiana qarşı “inqilabi” tədbirlər görməyi tələb ediblər.

Onlar yaydıqları bəyanatda naziri “bu cür yersiz və məntiqsiz” fikirlərini düzəltməyə, Ruhani hökuməti və Zərifin yol verdiyi “sadəlövhlük” və “səhvi” təkrarlamamağa çağırıblar.

Həmin axundlar İslam Şurası Məclisinin xarici işlər nazirinin bu sözlərinə reaksiya verməməsindən təəccübləndiklərini deyirlər.

Related Articles

Bir cavab yazın

Back to top button