Dünya

İmam Hüseyni öldürdüyünə görə Yezid məhkəməyə verilir

Bir qrup iraqlı vəkil Əlinin oğlu Hüseyni öldürdüyünə görə Müaviyyənin oğlu Yezidi məhkəməyə verib.

Bu barədə iraqlı jurnalist Hisam əl-Bəhadoli “Eyniyus” telekanalında məlumat verib.

Məlumatla görə, vəkillərin ittihamnaməsi Yezidə qarşı “İmam Hüseyni öldürmək, cəsədini linç etmək, ailəsini və dostlarını qətlə yetirmək, soyğunçuluq” kimi ittihamları ehtiva edir.

Hüquqşünaslar bunun “əsl və qanuni” hüquqi mübahisə olduğunu və hadisənin üstündən yüz illər keçməsinə baxmayaraq, Yezid barəsində hüquqi qərar verilməsinin normal olduğunu iddia ediblər.

Bu, iraqlılar tərəfindən istehza və tənqidlə qarşılanıb.
İraqlı sosial media istifadəçiləri müasir dövrdə Tehran hökumətinin yüz minlərlə iraqlının ölümünə səbəb olduğunu xatırladıb, bunun hələ də davam etdiyini yazıblar.

Yezidin məhkəməyə verilməsini gülünc adlandıran iraqlılar bunun İranda hakimiyyətdə olan mollaların yeni oyunu olduğunu hesab etdiklərini qeyd ediblər.

“İraqda və bütün Orta Şərqdə yüz minlərlə insanın ölümünə bais olduqlarına görə, İran hakimiyyəti məhkəməyə verilməlidir”, – sosial mediada ən çox səsləndirilən fikir olub.

Qeyd edək ki, Hüseyn 13 oktyabr 680-ci ildə Kərbəlada Müaviyə oğlu Yezidin qüvvələri ilə müharibə zamanı öldürülən üçüncü şiə imamıdır.

Related Articles

Bir cavab yazın

Back to top button