İran

İran hərbi təlimlər keçirir

Hind oqyanusunun quzeyində İran ordusunun nizami öyrətimlərinə başlanılıb.
Bu barədə İran ordusunun mətbuat vahidi Makran bilgi verib. Belə ki, İran Dəniz Qüvvələrinin “Dəniz İqtidarı 99” manovru janviyənin 13-də Makran və quzey Hind oqyanusunun sahillərində başlayıb.
İran ordusunun mətbuat vahidindən verilən bilgilərə görə, manovrun başqa bəxşlərinə qanadlı raketlərin buraxılması, yerli dənizaltı qayıqlardan raket atılması, sahildə, habelə dənizdə özəl əməliyyat qrupları üçün özəl öyrətim, pəhpad və elektronik savaş əməliyyatı aiddir.
Bildirək ki, təlimlər İranın ən böyük uçaq daşıyan gəmisi sayılan “Makran” navbəndəri, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri və İran Ordusunun Baş fərmandehi Əbdürrəhim Musəvinin iştirakı ilə başlayıb.

Related Articles

Bir cavab yazın

Back to top button