Azərbaycanİran

Iran rejimi Azərbaycana qarşı təxribat törədir

11 mart 2023-cü il tarixində İran İslam Respublikasına məxsus hərbi təyyarə saat 09:44-dən 10:26-dək fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirib.

Təyyarə iki ölkə arasında dövlət sərhədindən 3-5 km məsafədə, bəzi hallarda isə dövlət sərhədinin tam üstü ilə uçub.

Azərbaycan Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi İranın hərbi təyyarəsinin Azərbaycan hava sərhədinə yaxın uçduğunu bildirərək İrana xəbərdarlıq edib. Bakıdakı İran səfiri XİN-ə çağırılıb və ona nota verilib. Azərbaycan tərəfi İranla münasibətlərin daha da gərginləşdiyini vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button