İran

Urmudakı olay və xanımların gündəm çətinlikləri

Ötən günlərdə Urmuda dəhşət verici bir olay baş erdi. Urmunun mərkəzi xiyabanlarının birində kimliyi bəlli olmayan bir nəfər iki xanımın geyimləri haqqında hüşdar verir. Şahidlərlə yerəl medyaların yazdığına görə xanımların yetərincə islami hicabı olmadığını düşünən guya Bəsi:ci bu yad kişi kobudcasına xanımlara ixtar veribdir. Daha sonra bu məsələ üçün xanımlarla adam arasında horaba yaranıbdır. Əsas dəhşətli olay da, bundan sonra baş verib. Belə ki xanımlara etiraz edən adam maşınla onların üstünə sürərək hər ikisini ağır bir şəkildə yaralayıbdır. Şahihdərin dediyinə görə hər iki xanım ağır bir şəkildə yaralanıblar. Hətta xanımların birinin bu hadisədən öldüyü xəbəri də yayımlandı ancaq daha sonra təkzib oldu.
Bu olay dünyada çox qəribə və cinayət hesab olsada, İranda normal və hətta rəsmi bir olay sayılır. Belə ki Əli Xamneyinin əmrində olan bu sazman Quranın Yaxcılıqlara təşviq və pisliklərdən uzaqlaşdırmaq sifarişiylə olunur. Bu əsasda hakimiyyət insanların özəl həyatını islami şəriətə görə ayarlamağa çalışır. İslam Cumhuriyyəti iş başına gəldikdən sonra özəlliklə xanımlar bu qanunların əsas hədəfindədilər. Bu məsələnin təməl fəlsəfələrindən biri İslamın xanımlara olan baxışıdır. Ancaq İran İslam Cumhuriyyətində xanıma baxış İslami şəriətə görə hüquq çərçəvəsində də rəsmiləşdirilibdir. Buna görə birinci xanımların asla kişilərlə bərabər bir haqqı yoxdur. Bu məsələni həyatın hər yerində görmək olar. Təhsil və iş fürsətlərindən siyasət dünyasına qədər İranda bir xanım olmaq ikinci dərəcə vətəndaş olmaq anlamındadır. Ancaq bütün bunların yanında birdə günümüz dünyasında oxşarı az görünən başqa bir qanunda var. O da zorunlu İslami Hicab qanunudur. Buna görə hakimiyyət xanımları İslami geyimə uymağa zorluyur. Həyatın bütün alanında müdaxilə edən hakimiyyət burada da xanımların ən özəl məsələsinə qarışır.
Süd günü Urmuda baş verən olay da bu qanunlar və hakimiyyətin idolojisi əsasında meydana gəldi. Əli Xamneyi illərdir ölkədəki İslami olmayan kültürdən şikayət edir. Xamneyi illər öncə özəlliklə Bəsi:clərini “Öz başınalığa” təşviq edir. Onları isə “ Atəş br İxtiyar” sanılırlar. Təcrübəyə görə hansı olayın arxasında Əli Xamneyi olarsa kimsə ondan hesab çəkə bilməz. Yəni bir yerdə ki Xamneyi hətta ölkədəki dar baxışlı qanunlara belə uymamağa çağırır millətin haq və hüququnun necə olacağını düşünmək belə olmaz. Ən aydın örnəyi də Bəsic kimi bölmələrin millətin özəl həyatına etdikləri müdaxilədir.
Urmuda yaşanan olay əslində sadəcə xanımlara qarşı olan bir cənayət deil. Bu bir başa insanlıqla İnsan Hüququna qarşı işlənmiş bir cinayətdir. Bu hadisə baş verdiyindən sonra Urmu məhkəməsinin məqamları ilə bir neçə ayrı məqam məsələyə diqqət yetirəcəklərini dedilər, ancaq hamı bilir ki, Xamneyinin işin içində olduğu bir olay da ədalət gözləmək olmaz.
Son illərdə özəlliklə xanımların haqlarında millətin həssasiyyəti artdıqca hakimiyyət az da olsa geri oturmaq zorunda qalıb. Xanımların hakimiyyətə qarşı cəsur mübarizələri və əllərindəki telefon kameralarıyla bu kimi olayları ifşa etməsi hakimiyyətin gerçək habelə çirkin üzünü dünyaya göstəribdir. İndi də Urmaudaki olayın dünyaya yayılması şübhəsiz ki, bu zülmün qarşısında olması gərəkən birinci addımdır.

Related Articles

Bir cavab yazın

Back to top button