İran

İki SEPAH zabiti öldürülüb

SEPAH-nin Suriyadakı Bəşər Əsəd müxaliflərinə qarşı döyüşən zabitlərindən olan Yəhya Rüstəmi öldürülüb.

Onun hansı şəraitdə öldürülməsi barədə açıqlama verilməyib. Zabitin İsrail ordusunun hava zərbələri nəticəsində həlak olduğu ehtimal edilir.

Bununla yanaşı, Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində də SEPAH komandirlərindən olan Hüseyn Şəhrəki güllələnərək öldürülüb.

Bəlucların silahlı təşkilatı “Ənsar əl-Furqan” SEPAH komandirinin öldürülməsi ilə bağlı məsuliyyəti öz üzərinə götürüb.

#SEPAH

Related Articles

Bir cavab yazın

Back to top button