İran

İran Oman dənizində neft tankerinə hücum etməkdə günahlandırılır

Noyabrın 16-da Omanın dəniz sahillərinə yaxın ərazidə neft tankerinə dron-kamikadze ilə hücum olub.

Qeyd olunub ki, Liberiya bayrağı altında üzən “Pacific Zircon” neft tankeri İsrailli milyarderə məxsus Sinqapur şirkəti olan “Eastern Pacific Shipping” tərəfindən icarəyə götürülüb.

Bu regionda fəaliyyət göstərən Britaniya hərbi təşkilatından verilən məlumatda da deyilir ki, hadisə barədə məlumat var və faktla bağlı araşdırma aparılır.

Amerikanın milli təhlükəsizlik üzrə müşaviri Cek Solivanın sözlərinə görə, Amerika Birləşmiş Ştatları Oman sahillərində neft tankerinə edilən hücumu pisləyib və İranı bunu törətməkdə ittiham edib.

“Mövcud məlumatları nəzərdən keçirdikdən sonra biz əminik ki, İran bu hücumu, Tehranın bütün Yaxın Şərqdə öz əməliyyatçıları vasitəsilə getdikcə daha çox istifadə etdiyi ölümcül silah olan drondan istifadə edərək həyata keçirib”,-deyə, Ağ Evin milli təhlükəsizlik müşaviri bildirib..

Amerikanın milli təhlükəsizlik müşavirinin bu açıqlamaları İsrailin yüksək rütbəli təhlükəsizlik rəsmilərinin Oman sahillərində neft tankerinə partlayıcı pilotsuz təyyarə ilə hücuma görə İranın məsuliyyət daşıdığını müəyyən etdikdən sonra verilib.

Related Articles

Bir cavab yazın

Back to top button