Dünyaİran

15 gündə İrandan 20 min əfqan deportasiya edilib

İranın Xorasan-e Rəzəvi əyalətinin Sərhəd Qoşunlarının komandiri Məcid Şüca 15 gün ərzində 20 min Əfqanıstan vətəndaşının bu ölkədən deportasiya edilərək Taliban hərəkatına təhvil verildiyini açıqlayıb.

Onun sözlərinə görə, əfqanların İranda yaşayış icazəsi olmayıb.

“Əfqanlar İrana rəsmi və qanuni yollarla daxil olmalıdırlar, əks halda onlarla qətiyyətli mübarizə aparılacaq”, – deyə Məcid Şüca əlavə edib.

#İran #Əfqanıstan #Taliban #deportasiya

Related Articles

Bir cavab yazın

Back to top button