İran

“İran hakimiyyəti vətəndaşlarından intiqam almağı artırıb” – BMT

BMT-nin faktaraşdırıcı missiyası bildirib ki, İran hakimiyyəti öz vətəndaşlarına qarşı qisas tədbirlərini gücləndirir və təşkilatın məlumat tələblərinə cavab vermir.

Missiya nəşr etdiyi bəyanatında nümayişçilərə, qadınlara və nümayiş qurbanlarının ailələrinə təzyiqin artmasına toxunub.

“İran hökuməti aqressiv və lazım olmayan güc tətbiqi ilə hələ də özbaşına saxlamaları, ədalətsiz məhkəmələr keçirməyi, habelə qanunlara sığmayan edamlar və nümayiş qurbanları ailələrinə təzyiqləri davam etdirir. Həmçinin missiyanın məlumat almaq üçün tələbləri və suallarını cavablandırmır”, – deyə missiya öz bəyanatında vurğulayıb.

“İran nümayiş qurbanları ailələrinin ədalət tələbinin təmini üzrə öhdəliklərini həyata keçirmək əvəzinə, bundan imtina edir və vətəndaşlarına qarşı basqıları, əvəzaçma hərəkətlərini davam etdirir”, – deyə missiyanın sədri Sara Hüseyn bu barədə qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button