İran

İranda həbs edilən və öldürülən etirazçıların sayı açıqlanıb

İranda öldürülən və həbs edlən etirazçıların sayı açıqlanıb. Bu barədə İranın Hüquq Müdafiəçiləri Qrupunun xəbər agentliyi noyabrın 18-i axşam saatlarına olan məlumatı paylaşıb.

İran İnsan Haqları Təşkilatı noyabrın 18-ə yaydığı məlumatda 17 sentyabrdan 18 noyabr axşam saatlarına kimi İranda davam edən etiraz nümayişlərində 56-ı uşaq olmaqla 402 nəfərin hökumət məmurları tərəfindən öldürüldüyünü bildirib.

Bununla yanaşı məlumatda 16813 nəfərin saxlanıldığı, onlardan 2756-nün kimliyi və harada saxlanıldığının dəqiqləşdirildiyi və bunlardan 524 nəfərinin öyrənci olduğu qeyd edilib.

Həmçinin bu müddət ərzində 150 şəhərdə etirazçılar İranın idarəetmə sisteminə qarşı nümayişlər həyata keçirib və 140 universitetin öyrənciləri bu nümayişləri dəstəkləyiblər.

Related Articles

Bir cavab yazın

Back to top button