İran

Milli fəal Vədud Əsədi saxlandığı yer məlum oldu

Gilan əyalətinin mərkəzi Rəşt şəhərindən olan milli-mədəni fəal Vədud Əsədi noyabrın 11-də ailəsi ilə qısa müddətli telefon əlaqəsi saxlaya bilib

O, ETTELAAT-ın Rəşt bölməsində saxlanıldığını deyib.

Qeyd edək ki, oktyabrın 30-u, axşam saat 19.00 radələrində əmniyyət məmurları Vədud Əsədinin evinə basqın edib.

Milli fəal həmin gün həbs olunub.

Onun saxlanılması barədə heç bir məhkəmə hökmü təqdim etməyən məmurlar Əsədinin kompüteri və mobil telefonu müsadirə ediblər.

Eləcə də, milli fəalın ailə üzvlərinin 4 ədəd mobil telefonu özləri ilə aparıblar.

Bundan öncə Vədud Əsədi bir neçə dəfə polis tərəfindən həbs olunub və milli-mədəni fəaliyyətlərinə görə təhlükəsizlik məmurlarının təhdidlərinə məruz qalıb.

Bununla yanaşı, o, ikinci Qarabağ savaşı zamanı İranın Ermənistana verdiyi dəstəyə etiraz etdiyinə, Azərbaycan Ordusuna dəstək aksiyasında qatıldığına görə 13 gün müddətinə saxlanılmışdı.

Noyabrın 7-də Əsədinin zaminə buraxılması üçün Rəştin Ümumi və İnqilab Məhkəməsi 16-cı bölməsi tərəfindən bəlli edilən 170 milyon tümənlik vəsiqənin hazırlanmasına baxmayaraq, təhlükəsizlik idarəsi və məhkəmə sistemi onun zaminə buraxılmasına mane olub.

Related Articles

Bir cavab yazın

Back to top button