İran

Tehranın qərbində daha bir şübhəli partlayış səsi eşidildi

Bu gün, iyunun 18-i səhər saatlarında Tehranın qərbində dəhşətli partlayış səsi eşidilib.

Hadisə şahidlərinin sözlərinə görə, partlayış nəticəsində havaya işıq yayılıb və bir neçə dəqiqə sonra hadisə yerinə cəlb edilən yanğınsöndürmə maşınlarının səsi eşidilib.

Məlumata görə, güclü partlayışın səsindən yerli sakinlər küçələrə axışıb və həmişəki kimi İranın dövlət rəsmiləri bu barədə heç bir açıqmala verməyib. Lakin bəzi məlumatlara görə, partlayış SEPAH-ın Tehranın Çitgər bölgəsində yerləşən hərbi bazasında meydana gəlib.

Related Articles

Bir cavab yazın

Back to top button