Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Azərbaycanİran

Milli fəallar Ərdəbildə Rəhim Novruzinin məzarını ziyarət ediblər

Milli fəallar Ərdəbilin Behişt Zəhrayi məzarlığına gələrək Rəhim Novruzinin ailəsinə baş sağlığı verib, onun doğum gününü qeyd ediblər.

Görüşdə Güney Azərbaycanlı sənətçi Səccad Colani və fəal Məhəmməd Xakpur “Ulduz Bala, Günəş Bala, Ay Bala” mahnısını ifa ediblər.

Görüşün sonunda iştirakçılar Azərbaycan xalqının haqları bərpa olunanadək dayanmayacaqlarına və ümidlərini itirməyəcəklərinə söz veriblər.

Qeyd edək ki, Ərdəbil şəhərində yaşayan azərbaycanlı fəal Rəhim Novruzi Ləncabad 2024-cü ilin avqustun 15-də ürək tutması səbəbindən həyatını itirib.

Rəhim Novruzi 2017 və 2018-ci illərdə Savalan dağı və Babək qalasında keçirilən mədəni tədbirlərə qatıldığı üçün ETTELAAT qüvvələri tərəfindən saxlanılıb. O, Ərdəbil Universitetində təhsil aldığı zamanlarda belə mədəni fəaliyyətlərinə görə universitetdən qovulacağı ilə hədələnib.

Related Articles

Bir cavab yazın

Back to top button