
Ocaqnejad Azərbaycanda diplomatik vəzifəsi ilə, İran səfirliyinin əməkdaşı kimi qeydiyyata düşüb, amma öz vəzifəsinə uyğun fəaliyyət göstərməyib.
Belə ki, onun dəftərinin yerləşdiyi Hüseyniyyə məscidi İran Mədəniyyət Mərkəzi kimi təqdim edilsə də, orada mədəniyyət təbliği üçün deyil, Azərbaycana qarşı dini-ideoloji və siyasi mübarizə və gizli şəbəkənin yaradılması üçün istifadə olunduğu bəlli edilib.
Bəlli olub ki, burada ardıcıl olaraq Azərbaycanın dövlət quruluşu, idarəçiliyi və hakimiyyətinə qarşı təbliğat aparılıb, dini düşmənçilik, dini radikalizm və fanatizm zəminində milli, irqi, sosial və dini nifrətin, düşmənçiliyin təbliği işi qurulub.
Məlumatda bildirilir ki, Azərbaycanın dövlət orqanlarının bütün bu faktlar, qanunsuzluqlar haqda bilgi əldə etdiyindən xəbər tutan Seyid Əli Əkbər Ocaqnejad gizli yolla Azərbaycanı tərk edib. Yəni o, gerçəklik olaraq, ölkədən qaçıb. Bununla Ocaqnejad qanunazidd, vəzifəsindən kənar əməllər törətdiyini də etiraf etmiş olub.