İran

İran televiziyasi dezinformasiya yaymağa davam edir

İran televiziyonu tarixi gerçəklikləri təhrif etməyə və doğru olmayan məlumatları yaymağa davam edir. İran Radio və Televiziyon Verilişləri Şirkəti kürd dilində yayımlanan “Nun xe” adlı serialda Azərbaycan şəhərlərini kürd torpağı kimi qələmə verir.

Belə ki, serialda Qərbi Azərbaycan əyaləti və Urmu gölü kürd bölgəsi olaraq göstərilir. 1-ci kanaldan yayınlanan serialın finalında Urmu gölü, Tikantəpə, Təxti-Süleyman tarixi abidəsi, Çəmli göl və başqa türk məskənləri Kürdüstan torpağı kimi qələmə verilir, görüntülər kürd musiqisi ilə müşayiət olunur.

2020-ci ilin yaz bayramı tətillərində bu serialın bir neçə bölümü Şərqi Azərbaycan əyalətinin “Səhənd” kanalından yayınlanıb. Azərbaycanlıların etirazından sonra həmin bölümlərin yayımı dayandırılır. Serialın rejissoru Səid Aqaxani milliyyətcə kürddür. O, ənənəvi kürd geyimində serialdakı rollardan birini ifa edir.

Bildirək ki, bundan öncə də müxtəlif veriliş, film, serial və ölkə rəsmilərinin çıxışlarında Qərbi Azərbaycan torpaqları Kürdüstan kimi qələmə verilib.

Related Articles

Bir cavab yazın

Back to top button