Dünya

Filippində nizami təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb

Filippinin Holo adasında nizami uçağının qəzaya uğraması nəticəsində ölənlərin sayı 47-yə çatıb.
AN.T xəbər verir ki, bu barədə “Reuters” ölkənin Silahlı Qüvvələrinin fərmandehi Sirilito Sobecana istinadən bilgi yayıb.
Məlumata görə, hadisə zamanı daha 49 nizami xəsarət alıb. Təyyarədə olan bütün müsafirlər tapılıb.
Bundan öncə Milli Müdafiə Vəzirliyi hadisə yerində 42 nizami və üç şəxsi insan cəsədinin tapıldığını bildirib.
Filippin Nizami Hava Qüvvələrinin C-130( Si- 130) tipli təyyarə süt günü ölkənin cənub-qərbindəki Sulu adalarında qəzaya uğrayıb. Təyyarə terorçuluqla mübarizə əməliyyat qrupunun tərkibində ifratçılar ilə qiyamçılara qarşı mübarizə məqsədilə 96 nizamini Kaqayan-de-Oro şəhərindən Holo adasına çatdırmalı idi. Məlumata görə, hava limanına enərkən təyyarə uçuş-eniş zolağında qəzaya uğrayıb və daha sonra yanğın başlayıb.

Related Articles

Bir cavab yazın

Back to top button