Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
İran

Şəxsiyyət vəsiqəsi verilməyən azərbaycanlı uşaqların sayı artır

Güney Azərbaycanda Səbti Əhval idarələrinin türk adları qoyulan azərbaycanlı uşaqlara şinasnamə verməkdən imtina etməsi durumu hələ də davam edir. Bu durumla üzləşən şəxslərdən biri də Sain Qala şəhərində yaşayan azərbaycanlı Babək Qabilnejaddır. Belə ki, o, öz instaqram səhifəsində oğluna Yağış adı qoyduğunu, buna görə də övladı üçün şinasnamə ala bilmədiyini vurğulayıb. Sain Qala şəhəri Səbti Əhval İdarəsinin müdiri Həmid Cəlilinin Qərbi Azərbaycan ustanının sözügedən qurumunun rəisinə göndərdiyi məktubda deyilir: “Yağışın valideynləri bu idarənin işçilərinin çoxsaylı tövsiyələrinə baxmayaraq, təyid edilmiş adlardan birini seçməklə şinasnamə almaqdan imtina edib. Özlərinin seçdikləri adın səbt edilməsində qərarlıdırlar”. Övladına Atakan adı verən başqa bir valideyn də instaqramda öz şikayətlərini dilə gətirib. Adil Çupani 13 aqust 2017-ci ildə anadan olan övladı üçün hələ də şinasnamə ala bilmədini qeyd edib. O, bu durumla bağlı dəfələrlə Təbrizin Səbti Əhval İdarəsinə müraciət etdiyini deyib.
Vurğulayaq ki, İranda doğum sənədi olmayan uşaqlar bütün ictimai, təhsil və tibbi xidmətlərdən məhrum olur. Qeyd edək ki, uşaqlara ad verilməsi məsələsi Uşaq Hüquqları haqqında Beynəlxalq Konvansiyonda qeyd edilib. Bu sənədi imzalayan ölkələrdən biri də İrandır. Ancaq İran öz öhdəliklərini yerinə yetirməkdən yayınır.

Related Articles

Bir cavab yazın

Back to top button