İran

Zənganda çörəyin qiyməti süni şəkildə artırılıb

Zənganda çörəyin bahalaşması xəbərlərinə aydınlıq gətirilib. Məsələ ilə bağlı əyalətin Çörəkçilər Birliyinin rəisi Kamal Əlmasi açıqlama verib. Onun sözlərinə görə, çörəyin qiymətinin artırılması ilə bağlı xəbərlər şaiyədir. Qurum məsulu bəzi çörəkçilərin qiymətləri qanunsuz şəkildə artırdığını diqqətə çatdırıb. Bu kimi qanunsuz pozuntulara yol verənlərin cərimə olacaqlarını vurğulayıb. Əlmasi çeşidli çörəklərin ən son qərara alınan qiymətlərini xatırladıb. Bildirib ki, 1-ci növ somunun qiyməti 1250, 2-ci növün isə 750 tüməndir. Lavaşın qiyməti 250 tümən, səngəkin qiyməti 1250 tümən kimi təyin edilib. Çörəkçilər Birliyinin rəisi qiymətlərin alıcılara təqdim olunmasının gərəkliliyini bildirib. Buna əməl etməyənlərin cərimələnəcəyini söyləyib.

Related Articles

Bir cavab yazın

Back to top button