Azərbaycan

Azərbycan iqtisadiyyatı müharibə dövründə öz dayanıqlığını saxlaya bilib

Azərbaycanın oktyabr ayı ərzində öz ərazilərinin geri qaytarılması uğrunda Ermənistan Ordusu ilə müharibə aparmasına baxmayaraq, ölkənin dövlət büdcəsinin icrası onu göstərir ki, Azərbaycan öz xərcləmələrindən kifayət qədər qənaətlə istifadə etməyi bacarıb.

Belə ki, Dövlət Statistika Komitəsinin ictimaiyyət üçün açıqlanan hesabatında bildirilir ki, 2020-ci ilin 10 ayının yekunlarına əsasən, dövlət büdcəsinin kəsiri 515 milyon manat təşkil edib.

Qeyd edək ki, cari ildə dövlət büdcəsinin kəsiri 3 milyard 368,2 milyon manat və ya Ümümi Daxili Məhsulun 4,9%-i səviyyəsində proqnozlaşdırılır.

Hesabat dövründə dövlət büdcəsinin gəlirləri 20 milyard 207,1 milyon manat (ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə artım 4,8%), xərcləri 20 milyard 722,1 milyon manat (artım 12,3%) təşkil edib.

Yanvar-oktyabr aylarında Azərbaycan üzrə ÜDM-nin nominal həcmi 58 milyard 469,5 milyon manat təşkil edib. Beləliklə, hesabat dövründə dövlət büdcəsinin kəsiri ÜDM-nin 0,9%-ni təşkil edib.

2020-ci il dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 24 milyard 124 milyon manat, xərcləri üzrə proqnoz 27 milyard 492,2 milyon manat təşkil edir.

Related Articles

Bir cavab yazın

Back to top button