Azərbaycan

AZƏRBAYCAN MÜTƏFƏKKİRİ – HƏSƏN BƏY ZƏRDABİNİN MAARİFÇİLİK İDEYALARI, SOSİAL, SİYASİ VƏ FƏLSƏFİ GÖRÜŞLƏRİ

AZERBAIJANI THINKER - HASAN BEY ZARDABI'S EDUCATIONAL IDEAS, SOCIAL, POLITICAL AND PHILOSOPHICAL MEETINGS

22 iyul( Julay-Temmuz) Azerbaycan’ın Milli Matbuat Günü kutlu oldun Ayrıcan Türk Dünyasının ilk kez Basın Yayın Açılış Günü Uğurlu Olsun, Bu Uğuru ve utkuyu Türklere Armağan eden Zerdablı Salim Bey oğlu Hasan Bey olmuş, 1842 de Doğuldu ancak 1875 de tam olarak 147 yıl bundan önce “Ekinci” Gazetesini ayrıca GünYazarını oluşurdu, Bu gün Türk Dünyasını Ulusal Basın yayın Günüdür, ancak ANT TV Aparıcı ve yazarı olarak bu Erdemli Günü Anımsamak için Saygı değer Düşünür Sayın Elmira Bilgemizin Yazıları ile yola çıktık, Hasan Bey kimdir, neler yapmış, ne Uğurlar elde etmiş, Ancan Elmira Hocanın araştırmalarında…

 

AZƏRBAYCAN MÜTƏFƏKKİRİ – HƏSƏN BƏY ZƏRDABİNİN MAARİFÇİLİK İDEYALARI, SOSİAL, SİYASİ VƏ FƏLSƏFİ GÖRÜŞLƏRİ

 

AZERBAIJANI THINKER – HASAN BEY ZARDABI’S EDUCATIONAL IDEAS, SOCIAL, POLITICAL AND PHILOSOPHICAL MEETINGS

Ömrünü Azərbaycan mədəniyyəti tarixinə həsr etmiş, Azərbaycan ziyalılarından biri kimi tanınan Səlim bəyin oğlu Zərdabi Həsən bəy 1842-ci ildə Göyçay qəzasının Zərdab kəndində zadəgan ailəsinin övladı olaraq anadan olmuşdur. İlk təhsilini mədrəsədə, daha sonra Şamaxıda yeni yaradılmış internat məktəbində aldıqdan sonra 1850-ci ildə 1-ci Tiflis gimnaziyasına qəbul olmuşdur. Tədris illərində ərəb, fars və rus dillərini, eləcə də ana dili türkcəni mükəmməl mənimsəmişdir. Həsən bəy 1861-65-ci illərdə Moskva Universitetinin fizika-riyaziyyat fakültəsinin “Təbiət” şöbəsini fərqlənmə diplomu ilə bitirmiş Şərq və İslam dünyasının ilk ali təhsilli ziyalıdır.

Bitirdikdən sonra Zərdabi, XIX. Əsrin ikinci yarısından başlayaraq o, müxtəlif vəzifələrdə çalışmaqla yanaşı, faydası olmayan bəzi ictimai, elmi və mədəni işlərdə də iştirak etmişdir. Belə ki, onun çoxşaxəli fəaliyyəti və ideya axtarışları nəticəsində 1875-ci ildən “Akıncı” qəzeti nəşrə başlayır. Beləliklə, Azərbaycan müsəlman Şərqində ilk addımlarını atdı və Milli Mətbuatın əsasını qoydu.

Azərbaycanın ictimai-siyasi və mədəni fikir tarixinin nadir simalarından biri olan Həsən bəy Zərdabi XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində milli maarifçilik ideyalarının həyata keçirilməsində misilsiz xidmətlər göstərmişdir. Bu mütəfəkkir təhsilimizin, mədəniyyətimizin inkişafında böyük xidmətləri olan, adı milli mədəniyyət tariximizə əbədi həkk olunmuş dahi ziyalıdır.

Onun gənc nəslin tərbiyəsi, qadın hüquqları ilə bağlı da öz əxlaqi fikirləri var idi. Böyük maarifçinin etik görüşlərində Vətən, millət mənəviyyatı ən yüksək səviyyədə özünü göstərirdi. Ümumilikdə qavrayış baxımından alimin fikrincə, idrak sonsuzdur. Zərdabinin dünyagörüşündə bəzi dialektik elementlərə rast gəlmək mümkündür. Onun etik-estetik baxışları da dünyagörüşündə mühüm rol oynamışdır. Zərdabi insan mənəviyyatının formalaşmasında əməyin və zəhmətin unikallığını yüksək qiymətləndirmişdir.

Onun estetik baxışları müxtəlif təbəqələrin mənafeyinə uyğun olaraq ədəbiyyat və incəsənətin əksi ilə bağlı idi. Bu fikirlər alimin müxtəlif məqalələrində, “Akıncı” qəzetindəki məqalələrində və “Türk mahnıları toplusu” əsərində öz əksini tapıb. Ümumiyyətlə, Zərdabinin dünyagörüşündə dini-fəlsəfi və ictimai-siyasi məsələlər ön plana çıxdı.

Azərbaycan mədəniyyəti tarixində misilsiz xidmətləri olan, həyat və yaradıcılığı ilə öz xalqının mədəni və elmi fikir intibahı tarixində silinməz izlər qoyan görkəmli mütəfəkkir və ictimai xadimlərdən biri kimi Həsən bəy Səlim bəy oğlu Zərdabi 1842-ci ildə Göyçay qəzasının Zərdab kəndində zadəgan ailəsində dünyaya göz açmışdır. İlk təhsilini mədrəsədə, daha sonra Şamaxıda yeni təşkil olunmuş pansionda aldıqdan sonra 1850-ci ildə 1-ci Tiflis gimnaziyasına qəbul olunmuşdur. Tədris illərində doğma türk dili ilə yanaşı, ərəb, fars və rus dillərini mükəmməl mənimsəmişdir. Həsən bəy 1861-65 – ci illərdə Moskva Universitetinin fizika – riyaziyyat fakültəsinin “Təbiyyat” şöbəsini əla qiymətlərlə başa vuran Şərqin və müsəlman dünyasının ilk ali təhsilli ziyalısıdır.

Məzun olduqdan sonra bir sıra vəzifələrdə çalışan Zərdabi bunlarla kifayətlənməmiş, geniş ictimai, elmi, mədəni fəliyyəti ilə öz dövrünün digər ziyalılarından daha öndə gedərək XIX əsrin II yarısından özünü xalqın mənafeyi uğrunda təmənnasız bir mübarizəyə həsr etmişdir. Beləki, onun çox şaxəli fəaliyyəti  və ideya axtarışlarının nəticəsi olaraq 1875-ci ildə “Əkinçi”  qəzeti nəşrə başlamışdır. Bununla da  Azərbaycan Milli Mətbuatının əsası qoyulmaqla Müsəlman Şərqində ilk addımlar atılmışdır.

Zərdabinin ictimai-siyasi görüşlərində qərb mədəniyyəti və bu amilin milli məsələyə yararlılığı xüsusi mövqeyə malikdir. Dahi mütəfəkkir millətin inkişafında təməl olaraq milli dini dəyərləri qiymətləndirməklə yeniləşmənin bir vasitəsi kimi qərb mədəniyyətindən də yardımçı üslubunda istifadə etmişdir. Zərdabinin fəlsəfi görüşlərini araşdırarkən bu fikirlərin daha çox təfəkkürün varlığa, ruhun təbiətə münasibətində əks olunduğunu görmək mümkündür. Zərdabiyə görə ətraf aləmin dərki məsələsində nəzəri təfəkkürlə faktlar bir-birini tamamlamalıdır.

Ümumiyyətlə idrak məsələsində alimin fikrincə dərk etmə sonsuzdur. Zərdabinin dünya görüşündə kiçik bir qisim də olsa dialetkita ünsürlərinə rast gəlmək mümkündür. Onun dünyagörüşündə etik və estetik görüşlər də mühüm yer tutmuşdur. Zərdabi insan əxlaqının formalaşmasında əməyin, zəhmətin müstəsnalığını yüksək dəyərləndirmişdir. Gənc nəslin tərbiyyəsi və qadın hüququ məsələlərinə münasibətdə də onun özünəməxsus mənəvi-əxlaqi fikirləri olmuşdur. Böyük maarfçinin etik görüşlərində Vətən və millət əxlaqı ən yüksək səviyyədə təzahür etmişdir. Onun estetik görüşləri isə ədəbiyyat və incəsənətin müxtəlif siniflərə mənafeyində əksi məsələləri ilə bağlı olmuşdur. Alimin bu fikirləri qələmə aldığı müxtəlif məqalələrində, “Əkinçi” qəzetindəki yazılarında və “Türk nəğmələrinin məcmuəsi” adlı əsərində əks olunmuşdur. Ümumiyyətlə, Zərdabinin dünya görüşündə dini-fəlsəfi və ictimai-siyasi məsələlər xüsusi çəkisi ilə seçilmişdir. Belə ki, dahi mütəfəkkir İslam-Şərq-Türk mədəniyyətinin və fəlsəfəsinin əsas mahiyyətindən uzaqlaşmadan Qərbin mütərəqqi cəhətlərinin mənimsənilməsinin vacibliyini dərk etmişdir. Beləliklə, tam qətiyyətlə deyə bilərik ki, Zərdabinin fəlsəfi, etik və estetik görüşləri daha çox təfəkkürün varlığa, ruhun təbiətə, idrak məsələlərinə və dialektik metodlara münasibətdə təzahür etmişdir. Türk mütəfəkkiri bu məsələlərə həm materialist, həm idealist mövqedən yanaşaraq özünəməxsusluğu ilə seçilmişdir. Bütün hallarda Zərdabi ictimai görüşlərində olduğu kimi, fəlsəfi baxışlarında da məntiqli ideyaları ilə milli fəlsəfi fikir tariximizə öz damğasını vuraraq ədəbi həkk olunmuşdur.

  Həsən bəy Zərdabi XIX əsrin II yarısı, XX əsrin əvvəllərində Azərbaycan ictimai – siyasi və mədəni fikir tarixinin təkrarolunmaz simalarından olub milli maarifçilik, oyanış və dirçəliş ideyalarının gerçəkləşməsi yolunda mislsiz xidmətlər göstərmişdir. Bu mütəfəkkir alim maarif və mədəniyyətimizin inkişafına böyük tövhələr vermiş, adını milli mədəniyyət tariximizə əbədi həkk etmiş dahi ziyalıdır.

Həsən bəy Zərdabi

Azərbaycan jurnalisti, pedaqoqu, maarifçisi və naşiri, İslam dünyasının ilk təbiətşünas alimi Həsən bəy Zərdabi Vətəninə olan sonsuz məhəbbəti, xalqına, millətinə xidmət etmək arzusu ilə bütün işıqlı həyatını yalnız bu amal uğrunda mübarizəyə həsr etmişdir. Məhz bu ideallar onu məzun olduqdan sonra Moskva universitetində aldığı çoxsaylı təkliflərə rəğmən xalqına yararlanmaq naminə Vətəninə dönmüşdür. Müəyyən müddət Tiflisdə və Qubada müxtəlif vəzifələrdə çalışmışdır. 18 noyabr 1869-cu ildə Bakıda məktəbdə təbiət elmləri üzrə müəllimlik fəaliyyətinə başlaması maarifçilik, xalqın savadlanması, ana dilində təhsil uğrunda mübarizə mərhələsi kimi onun həyatında yeni dövrün başlanğıcı olaraq gələcək ömür yolunu müəyyənləşdirən tarixi hadisəyə çevrilir. Həsən bəy o zaman Qafqazda fəaliyyət göstərən 10 gimnaziyada çalışan müəllimlər sırasında ali təhsilli yeganə azərbaycanlı idi. Təhsil alanlar içərisində azərbaycanlı şagirdlər yox dərəcəsində olduğundan Həsən bəy türk övladlarını məktəbə cəlb etmək üçün xalq içərisində təbliğat aparmağı qarşısına məqsəd qoyur. Bu amal uğrunda Həsən bəy Zərdabi 1872-ci ildə müsəlmanlar arasında ilk dəfə Bakıda “Cəmiyyəti-xeyriyyə” nin yaranmasına nail olur. Həmin ilin  bütün yayını Həsən bəy çalışdığı gimnaziyanın öyrənciləri olan Nəcəf bəy Vəzirov və Əsgərağa Adıgözəlov ( Gorani) ilə birlikdə Azərbaycanın şəhər və kəndlərini dolaşaraq “Cəmiyyəti-xeyriyyə” yə rəsmi şəkildə üzv toplamaqla məşğul olmuşdur. Həsən bəy Azərbaycan peşəkar teatrının yaradıcılarındandır. Dahi maarifçi хаlqın, gənc nəslin tərbiyə еdilib mааriflənməsi işində tеаtrın önəmli rоlu оlduğunu düşünürdü. Bеlə ki, 1873-cü ildə оnun rəhbərliyi аltındа, Nəcəfbəy Vəzirоv və Əsgərbəy Аdıgözəlоvun yахındаn iştirаkı ilə Bаkı Rеаlnı Gimnаziyаsının оtаqlаrındаn birində böyük drаmаturq M.F.Ахundzadənin “Hаcı Qаrа” kоmеdiyаsının tаmаşаsı göstərilmişdi. Bununlа dа Аzərbаycаn Milli tеаtrının əsаsı qоyulmuşdu. Sonradan M.F.Axundzadənin “Lənkəran xanının vəziri” komediyası və bir sıra digər əsərlər də səhnələşdirilmişdir. Həsən bəy ömrünün son illərində hətta iflic xəstəliyindən əziyyət çəkdiyi dövrlərdə belə,  yəni danışa bilmədiyi anlarda da xalqın maarif və mədəniyyəti naminə məsləhətlərini əsirgəməmişdi. Fərhad Ağazadənin xatirələrinə görə, bir gün Üzeyir bəy Hacıbəyli xəstə Həsən bəyi ziyarət edir. Həsən bəy əl işarələri ilə ondan bir opera yazmasını xahiş edir. Təklif məmnuniyyətlə qəbul edilir. 1908-ci ildə “Leyli və Məcnun” operası beləcə yaranır…

O, zəhmətkeş kütlələrin xoşbəxtlik və tərəqqisini elmdə görmüş, elmin, təhsilin həyatla əlaqəsinə böyük əhəmiyyət vermişdir. Həsən bəy Zərdabi geniş ictimai fəaliyyət göstərmiş, N.Nərimanov ilə birlikdə 1906-cı ildə Azərbaycan müəllimlərinin Bakıda keçirilmiş birinci qurultayının təsisçisi kimi bu işdə  yaxından iştirak etmişdir. Azərbaycan qadınlarının maariflənməsinə xüsusi əhəmiyyət vermiş, 1901-ci ildə Bakıda azərbaycanlı qızlar üçün ilk məktəbin açılmasına böyük kömək göstərmişdir. Gündəlik həyatında və işində xalqla sıx bağlı olmuş, asudə vaxtlarını xalq arasında keçirmiş, uşaqları və yeniyetmələri elmə, mədəniyyətə, maarifə həvəsləndirmişdir. Apardığı təbliğatın köməyi ilə Bakı gimnaziyasında oxuyan tələbələrin sayı az bir zamanda xeyli çoxalmışdır.

Zərdabi xeyriyyə cəmiyyəti teatr və müəllimlik yolu ilə xidmət etdiyi xalqa daha çox faydalı olmanın yollarını axtarırdı. Çətin olsa da türkcə qəzet açmaq istəyi olan Zərdabi Həyat qəzetində yazdığı “Rusiyada əvvəlimçi türk qəzeti” adlı məqaləsində bunu belə izah edir: “….Axan bir suyun altına nə qədər sərt daş qoyursan qoy, zamanla o daş əriyib yox olacaqdır. Əgər elədirsə, doğru söz də bir gün başa düşüləcəkdir. Onun üçün mütləq qəzet nəşr etdirmək gərəkdir. Hər il qəzet oxuyanlardan 10 nəfər anlasa, onların sayı daha da  artacaqdır. Suyun önünü kəsən o bənd sonunda dayana bilməyib yıxılacaqdır !”

Azərbaycanın mərkəzi şəhəri kimi Bakının sürətli inkişafı milli mətbuatın yaranması zərurətini doğurmuşdu. Ana dilində qəzetə böyük ehtiyac olduğunu dərk edən Zərdabi qəzet çap etmək üçün dəfələrlə hökümətə müraciət etmiş və böyük çətinliklərdən sonra nəhayət qəzet çıxarmaq üçün icazə ala bilmişdi. Bununla əlaqədar o İstanbuldan hürufat gətizdirmiş və nəhayət, xeyli zəhmətdən, əzab-əziyyətdən sonra 1875-ci ilin 22 iyulunda Bakıda qubernator mətbəəsində Azərbaycan dilində “Əkinçi” qəzetinin nəşrinə müvəffəq olmuşdur. Bu qəzetlə Azərbaycan milli mətbuatının əsası qoyulmuşdur. Əkinçi qəzeti Azərbaycan, həmçinin də bütün Rusiyada nəşr olunan ilk türk dilli qəzetdir. 1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər çapını davam etdirən “Əkinçi” ayda iki dəfə 300–400 tirajla nəşr olunurdu. Bu illər ərzində qəzetin 56 nömrəsi işıq üzü görmüşdür. “Əkinçi” qəzetində Nəcəf bəy VəzirovunƏsgər ağa Goraninin Moskvadan, Məhəmmədtağı Əlizadə, Şamaxıdan Şirvaninin , Dərbənddən Heydərinin  göndərdikləri məktublar, Seyid Əzim Şirvaninin şeirləri və Mirzə Fətəli Axundovun “Vəkili-naməlumi millət” imzası ilə məqalələri dərc olunurdu.

Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzetinin dəsti-xətti əsasən bir ideya üzərində qurulmuşdur. Zərdabi və onunla birlikdə bu qəzetdə çalışan bir sıra maarifpərvər, demokratik naşirlər şərqin geriliyini, ətalət və süstlüyünü həqiqi azadlığın olmamasında görürdülər.

Onlar öz sözlərini dolayı yolla olsa belə, bu qəzet vasitəsi ilə xalqa çatdıra bilirdilər. Qəzetə “Əkinçi” adının verilməsi onun sırf kənd təsərrüffatı ilə bağlılığı demək deyildi, maarif, elm və mədəniyyət toxumlarının xalq arasında əkilib cücərərək, öz bəhrələrini verməsi demək idi. Məhz  bunun sayəsində yeni məktəblər açıldı, qəzetlər yarandı. Bunun bariz nümunəsi kimi türk dilində ikinci qəzet olan “Tərcüman” (1883-1919) Həsən bəyin dostu Kırım xalqının böyük türkçü oğlu  İsmayıl bəy Qaspıralının redaktorluğu ilə nəşrə başladı. Bu qəzetin nəşrini Həsən bəy türkçülüyün bayramı kimi qarşılamışdı. XIX əsrin ikinci yarısında yeniləşmə uğrunda mübarizə apararaq türkçülüyü və İslamçılığı canlı bir timsal kimi XX ərsin əvvəllərinə daşıyan Zərdabi bu dövrdə nəşr olunan “Kaspi”, “Həyat” və b. qəzetlərdə dil birliyi, din birliyi, milli cəmiyyətlərin yaranması kimi məsələlərlə bağlı çıxış etmişdir.

İsmayıl Qaspıralı, Həsən bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov

O dövrdə xalqın başa düşəcəyi sadə dildə yazılan bu qəzetdə tərəqqipərvər və qabaqcıl  fikirlərin səslənməsi Azərbaycanı əsarət altında saxlayan imperiya məmurlarını ciddi narahat edirdi. İlk mətbu orqanı kimi “Əkinçi” öz əsas ideyasına uyğun olaraq incəsənət və ədəbiyyata da aid yeni demokratik tələblər irəli sürürdü. Məhz bu baxımdan 1877-ci il sentyabrın 29-da “Əkinçi” öz nəşrini dayandırmağa məcbur oldu. Azərbaycan milli mətbuatının ilk qaranquşu olan bu qəzet iki illik ömür yaşasa da xalqın milli və müasir ruhda tərbiyə olunmasında çox böyük rol oynadı. Maarifçi və demokratik ideyaların carçısı olan “Əkinçi” realist Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətlər göstərdi. Məhz buna görə də belə tərəqqipərvər qəzet mürtəce, işğalçı bir rejimin əsarəti altında çox yaşaya bilmədi.

Lakin bütün bunlara rəğmən Həsən bəy yandırdığı maarif məşəlini ömrünün sonunadək əlindən yerə qoymamışdı. Qəlbinin hərarətini, gözünün nurunu bu müqəddəs amalın gerçəkləşməsinə həsr etmiş, bu yolda ömrünü şam kimi əritməkdən çəkinməmişdi. Hələ sağlığında özünün maarifçilik ideyalarının gerçəkləşməsinin simvolu olan Azərbaycan ziyalılarının böyük ordusunu görmək sevincini də yaşamaq qismətinə nail olmuşdu.

XIX əsrin II yarısından etibarən Azərbaycan təhsil və mədəniyyət sahəsində xeyli yeni dəyişiklik yaşamışdı. Mədrəsələrlə yanaşı yeni məktəblər açılmağa başlamışdı. Azərbaycan tarixində ilk olaraq qız məktəbinin açılmasında Hacı Zeynalabdin Tağıyev (rəhbər), Həsən bəy Zərdabi (rəhbər müavini) və Həsən bəyin xanımı Nalçik şəhərində doğulub Balkar türklərindən olan, həmçinin Tiflisdə Müqəddəs Nina qız məktəbinin məzunu Hənifə xanımın böyük zəhmətləri olmuşdur.

Həsən bəy Zərdabi, Hacı Zeynalabdin Tağıyev və qızlar seminariyasının tələbələri

Həsən bəy Zərdаbi ömrünün ахırınа qədər jurnаlistlik, mааrifçilik fəаliyyətini dаyаndırmаmışdır. Təkcə 1907-ci ildə “Dəbistаn” jurnаlındа yеddiyə qədər məqаlə dərc еtdirmişdir. О, bu məqаlələrilə gənclərə Vətən qаrşısındа nаmusluluq, əməyə sеvgi, dоstluq və s. sifətlər аşılаmаğа çаlışmışdır.

Həsən bəy Zərdаbi öz yаrаdıcılığındа təbiət еlmlərinə, təbiət sirlərinin öyrənilməsinə də gеniş yеr vеrmişdir. Bеlə ki, Bаkıdа dərc оlunаn “Həyаt” və “Kаspi” qəzеtlərində Zərdаbinin məktəb və tərbiyə, еyni zаmаndа, аnаtоmiyа, fiziоlоgiyа, zооlоgiyа məsələlərinə аid və ilk uşаq jurnаlı оlаn “Dəbistаn”dа “Qаrıncа”, “Bаl аrısı”, “Pişiyə dаir”, “Kəsəyənə dаir”, “Qаrа mаlа dаir”, “Su itinə dаir” sərlövhəli təbii-еlmi və kütləvi məqаlələri dərc еdilmişdir. Bunlаrdаn bаşqа, “Şərqi-Rus”, “Məktəb”, “Füyuzаt”, “İrşаd” və s. kimi qəzеt və jurnаllаrdа müхtəlif ictimаi, iqtisаdi və еlmi məqаlələri dərc оlunmuşdur.Həsən bəy Zərdаbi “Yеni ulduzlаr”, “Mаrsdа insаn yаşаyırmı?”, “Аyın fəzаlаrının yеr üzərində üzvi həyаtа təsiri”, “Tоrpаq, su və hаvа” və bir çох digər əsərlərində mühüm kаinаt hаdisələrinin еlmi izаhını vеrmişdir.

Azərbaycan Türklüyü tarixən Türklük və Turançılıq ideyasını özündə yaşadan və yaşada biləcək ən əsas mərkəzlərdən biridir. Milli mətbuatımızın banisi, tanınmış mütəfəkkir Həsən bəy Zərdabinin dəfn mərasimində “Nicat” maarif cəmiyyətinin sədri olaraq iştirak edən M.Rəsulzadənin mərhumun qəbirüstü nitqi də daha çox milli-mədəni birlik üzərində köklənmişdir. Hər halda Zərdabinin şəxsində böyük bir maarifçini, ustadı itidiklərini deyən Rəsulzadənin burada da maarifçilik məsələsinin üzərindən xalqın birliyindən, milli azadlığından bəhs etməsi təsadüfi deyildi. Zərdabinin elmi-fəlsəfi fikirləri də çox zəngin olmuşdur. Belə ki, O, Günəş sistemi kimi, Yer kürəsinin yaranmasını da təkamül əsasında izah etmiş və onun öz qanunları ilə idarə olduduğuna inanmışdır. O, materiyanı vahid vücud kimi görmüş, yəni maddi və mənəvi olanların bütünlüyündən çıxış etmişdir.

Şüurun materiyanın məhsulu kimi, materiyadan sonra yaranmasına inanan Zərdabinin fikrincə, “şüur, hər cür üzvi materiyanın deyil, yüksək dərəcədə təkmilləşmiş canlı materiyanın, insan beyninin məhsuludur”. Alimin qənaətinə görə insanda təkamül nəticəsində ortada çıxan şüur materiyanın inkişafının ən ali mərhələsidir. O, konkret tərzdə sübut edir ki, şüur psixi fəaliyyətin yüksək forması olub üzvi materiyanın inkişafının ən yüksək məhsulu kimi meydana gəlmişdir. Yəni, şüur materiyanın bir forması deyil, onun inikasıdır.

Şüurun əmələ gəlməsi, beyin və şüura aid məsələlərin izahında Zərdabi yazırdı ki, beyin və şüurun qarşılıqlı əlaqədə olması labüddür. Çünki insan beynində baş verən hadisələr onun şüurunda öz təsirini göstərir. Deməli, insanın şüuru xarici aləmlə birbaşa bağlıdır və burada əməyin də müəyyən rolu şübhəsizdir. İnsan idrakının və təfəkkürünün xarici aləmi hansı şəkildə dərk məsələsinə görə Zərdabi hesab edirdi ki, insan şüuru dünyanın dərk olunmasına qadirdir. Onun fikrincə ətraf eləmə aid predmet və hadisələr olmasa idi, o zaman insan idrakı da bir işə yaramazdı. Deməli, insan idrakının əsas obyekti ətraf aləmdir ki, məhz onun sayəsində insan şüurunda müxtəlif hisslər toplusu yaranmağa qadirdir.

Zərdabiyə görə ətraf aləmin dərki məsələsində nəzəri təfəkkürlə faktlar bir-birini tamamlamalıdır. İdrak məsələsində onun qənaəti belədir: “dərketmə sonsuzdur, çünki real həyatda reallaşan yeni nəzəriyyələr özlərindən əvvəlkiləri dəyişdirməyə qadirdirlər…” İdrakda həqiqət elə bir məfhumdur ki, o yalnız reallığı, faktik olan konkretliyi özündə əks etdirməlidir. Alimin fikrincə üzvi təbiətin inkişafının davamı bilavasitə materiyanın məhsuludur.

Mütəfəkkürün etik-estetik görüşləri də onun dünyagörüşündə çox önəmli müstəviyə malikdir. Belə ki, o insanların cəmiyyətdəki mövqelərindən asılı olmayaraq yüksək əxlaqa sahib olmalarını hər zaman düzgün qiymətləndirmişdir. İnsan əxlaqının formalaşmasında əməyin, zəhmətin rolunu milli varlığın ifadəsi olaraq din və dil birliyini zəruri hesab etmişdir. Beləliklə, Zərdabinin fəlsəfi, etik və estetik görüşləri, əsasən, təfəkkürün varlığa, ruhun təbiətə, idraki məsələlər və dialektik münasibətdə əks olunaraq öz təzahürünü tapır.

Ümümiyyətlə, onun dünya görüşündə dini-fəlsəfi, eyni zamanda ictimai-siyasi məsələlər xüsusi çəkisi ilə tam kəskinliklə nəzər diqqəti cəlb etmişdir. Türk mütəfəkkiri bu məsələlərə bəzən idealist, bəzən də materialist mövqey müstəvisindən yanaşaraq diqqətə layiq fikirlər söyləmişdir. Bütün halllarda onun həm ictimai fikirləri, həm də fəlsəfi görüşləri elm tariximizdə mühim əhəmiyyət kəsb edir.  Beləliklə, Həsən bəy Zərdabi qabaqcıl ictimai-fikirlərində olduğu qədər dəyərli fəlsəfi baxışları ilə də milli fəsləfi fikir tariximizə təkrarsız damğasını vurmağa nail olmuşdur.

İctimаi-siyаsi prоblеmlərlə yаnаşı, əхlаq məsələləri də Zərdаbinin fikrindən yаyınmаmışdır. Əхlаq və еtikа məsələləri Zərdаbinin dünyаgörüşündə mühüm yеrlərdən birini tutmuşdur. Öz хаlqınа sədаqətlə хidmət еtmək, хаlqı mааrifləndirmək, аzаdlıq hərəkаtını cаnlаndırmаq nаminə yаşаdığı dövrün bütün еybəcərliklərini, hаqsızlıqlаrını, хаlqın zəhmətkеş təbəqələrini əzən, оnlаrı zülm аltındа inlədən fеоdаl qəddаrlıqlаrını çəkinmədən yаzılаrındа ifşа еdən Həsən bəy zəngin ədəbi irsi və fəаliyyəti ilə Аzərbаycаn mədəniyyəti tаriхinə yаddаşlаrdаn silinməyən izlər qоyub gеtmiş böyük tаriхi və ədəbi şəхsiyyətdir.

Həsən bəy Zərdаbi Məlikоv 1907-ci il nоyаbr ayının 28-də iflic xəstəliyindən vəfаt еtmiş, köhnə Bibiheybət məscidinin yaxınlığında dəfn olunmuşdur. Оnun ölümü о dövr Аzərbаycаn ziyаlılаrını hədsiz dərəcədə kədərləndirmişdir. Azərbaycanın XX əsr tarixində o zaman üçün görünməmiş izdihamla keçən dəfn mərasimində böyük maarifçinin cənazəsini çiyinlərində daşıyan insan axını üçüncü dayanış yerində, yəni Bakı şəhəri dumasının qarşısında Həsən bəyin xidmətləri haqda nitqlər söyləmişdi. Mərasimdə məşhur ziyalılardan Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Məhəmmədəmin Rəsulzadə, Qara bəy Qarabəyov, Məmmədhəsən Əfəndiyev, İsgəndərbəy Məlikov, Haşım bəy Vəzirov, İsa bəy Aşurbəyov və digərləri hüzünlü nitqlər söyləmişlər. Həsən bəy bununla bütün işlərində olduğu kimi ölümü ilə də “ilk”inliyini qorumağı bacardı.

“Tаzə həyаt” qəzеtinin Zərdаbinin ölümünə həsr еdilmiş bir nömrəsində оnun dəfn mərаsiminin hələ Bаkının tаriхində görünməmiş bir hüznlə, kədərlə kеçirildiyi qеyd еdilmişdi. 1937-ci ildə Bibiheybət yaxınlığındakı ərazi dağıdılmış və 1957-ci ildə H.Zərdabinin vəfatının 50 illiyi qeyd olunarkən onun nəşi Fəxri Xiyabanda dəfn olunmuşdur. Bakıdakı ən izdihamlı yas mərasimlərindən biri kimi xatirələrə həkk olunan Zərdabinin idealist maarifçilik yolu bir daha təkrarlanmayıb. Bütün bunlara görə də Zərdabini Azərbaycan xalqının “MƏNƏVİ ATASI” adlandırsaq heç də yanılmarıq.

Həsən bəy Zərdabinin dəfn mərasimindən

Qeyd etmək yerinə düşərdi ki, Sovet dövründə Zərdabinin özü və ailəsi müxtəlif şəkillərdə repressiyalara məruz qalmış, adını xatırladan hər şey illərlə yasaqlanmış və qadağalar qoyulmuşdu. Həsən bəyin 4 övladı – 2 qızı və 2 oğlu olub. Böyük qızı Pəri xanım Azərbycan Xalq Cümhuriyyəti  Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun həyat yoldaşı olub. İki övladı  (Ələkbər bəy və Rəşid bəy) birlikdə Fransada yaşayıb və orada vəfat edib. İkinci qızı Qəribsoltan xanım Tağıyevin qız məktəbinin məzunu kimi uzun illər müəllimliklə məşğul olub  Bakıda yaşayıb və  1967-ci ildə vəfat edib. Özünün övladı olmasa da görkəmli bəstəkar Rauf Hacıyev və onun  bacısı Adilə xanımın təlim-tərbiyəsində xüsusi xidmətləri olub. Böyük oğlu Mudhət bəy Moskvada ali texniki təhsil alıb. Ötən əsrin mənfur 30-cu illər repressiyasının qurbanı olub. Onun yeganə övladı 1925-ci ildə anadan olmuş Fatma xanım repressiya illərində Stavropolda yaşamış, sonralar Bakıya qayıtmış və ali təhsil almışdı. Fatma xanımın oğlu Məmmədəli və nəvəsi Hacağa Bakıda yaşayırlar…Həsən bəyin kiçik oğlu Səffət bəy (1886-1938) Azərbaycan Xalq Cümhuriyyətinin İstanbuldakı konsulluğunun əməkdaşı, Türkiyədə fəaliyyət göstərmiş memar və Azərbaycan mühacirətinin üzvlərindən biri olmuşdur. O, 1914-17-ci illərdə Riqa Politexnik İnstitutunda oxumuş, Rusiyadakı çevriliş səbəbindən təhsilini tamamlaya bilməmişdi. Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə xaricə ali təhsil almağa göndərilən 100 tələbədən biri kimi Almaniyada ali təhsilini 1922-ci ildə tamamlamışdı. Sovet rejimindən qorxaraq vətənə dönə bilməmişdi. Bir müddət Parisdə bacısıgildə yaşamış, sonra İstanbula köçərək, orada da ömrünü başa vurmuşdur. Azərbaycan sovet hökuməti onun “varlı ailədən olduğunu və Ə.Topçubaşovun qohumu” olduğunu əsas gətirərək dövlət təqaüdündən məhrum etmişdi. Hənifə xanım Xalq Komissarlar Soveti və Maarif Komissarlığına müraciət edərək Səffətə təqaüd verilməsini çətinliklə bərpa etdirə bilmişdi…

Böyük maarif fədaisinin təmiz adı və ölməz əməlləri yalnız 1956-cı ildə sovet rejimi yumşalandan sonra özünə qaytarılmış və bəraət almışdır… Əsərləri çap olunmuş,  haqqında dəyərli əsərlər yazılmışdır.

Həyat yoldaşı Hənifə xanım Məlikova və qızı Pəri (Əlimərdan bəy Topçubaşovun həyat yoldaşı)

Görkəmli ziyalının adını xalqımız hər zaman uca tutmuş, xatirəsini əbədiləşdirmişdir. Həsən bəy Zərdabi adına 1930-cu ildə Bakıda Təbiət Tarixi Muzeyi yaradılmış, Zərdab rayonunda H.Zərdabi adına park salınmış, ev muzeyi yaradılmışdır. Bakıda və regionlarımızda adını daşıyan küçələr vardır. 1943-cü ildə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutu fəaliyyətə başlamışdır.  XX əsrin 90-cı illərində “Əkinçi” Mətbuat Cəmiyyətinin təşəbbüsü ilə adına fəxri diplom və medal təsis edilmişdir. 2003-cü ildə Nizami Xudiyevin ssenarisi əsasında Vasif Məmmədzadənin rejissorluğu ilə qısametrajlı bədii-sənədli televiziya filmi çəkilmişdir. 2010-cu ildə Milli Mətbuatın 135 illiyinə həsr olunmuş gümüşdən xatirə sikkəsi hazırlanmış, onun üz tərəfində görkəmli publisistin portreti təsvir edilmişdir.

Azərbaycan Milli Mətbuatının 135 illiyinə həsr olunmuş gümüş sikkə

2012-ci ildə Bakı Slavyan Universitetinin Filologiya və Jurnalistika fakültələrinin yerləşdiyi tədris binasında  H.Zərdabi adına auditoriya yaradılmışdır. Xalqımızın mədəni-ictimai fikir tarixinə dəyərli töhfələr vermiş H.Zərdabinin 170 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 4 iyun 2012-ci il tarixində sərəncam imzalamışdır.
Moskva Universitetini namizədlik diplomu ilə bitirən ilk müsəlman məzun, Azərbaycanın ilk universitet təhsilli alim və müəllimi, İslam dünyasının ilk təbiətşünas alimi, Bakı Gimnaziyasının ilk müsəlman müəllimi (1869-cu il), təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində İslam xeyriyyəçilik hərəkatının banisi (“Cəmiyyəti-Xeyriyyə”,1872), 1873-cü ildə şagirdləri ilə birlikdə Bakıda Azərbaycan dilində ilk teatr tamaşası göstərən mədəniyyət xadimi, Azərbaycan mətbuatının banisi, Azərbaycanda ilk qızlar gimnaziyasının açılmasının təşəbbüskarı, Azərbaycan müəllimlərinin birinci qurultayının təşkilatçısı və qurultayın sədri (1906) Həsən bəy Zərdabi şəxsiyyətinin xalq qarşısındakı xidmətləri unudulmazdır.
Həsən bəy Zərdabinin Azərbaycan Milli Ensiklopediyası binası qarşısında heykəli

Bir millət fədaisi olaraq, Zərdabinin başlıca məqsədi Qafqaz müsəlmanlarını savadlandırmaq yolu ilə qədim bir millət olduqlarını, ancaq son əsrlərdə böhranlar yaşamaqla inkişaf etmiş millətlərin sırasından geri qaldıqlarını anlatmaq idi. Bunun üçün, müsəlman türklər maariflənməli, elm öyrənməli, təhsil almalı, məktəblərə getməli, qəzet oxumalı, milli cəmiyyətlər yaratmalı və digər bu kimi işlərlə məşğul olmalı idilər. Bu baxımdan həmişə zəmanədən şikayətlənərək gerilikçi müsəlmanlara üzünü tutub şikayətlənmək əvəzinə tərəqqi etməyi məsləhət görür.

Azərbaycan Türk mütəfəkkirinə görə məhz elmin, təhsilin vacibliyini anlayan müsəlmanlar övladlarına mərifət və tərbiyə verməyi düşünürlər. Zərdabiyə görə, hər bir müsəlman uşağına təhsil vasitəsilə savad və tərbiyə verməlidir ki, böyüyəndə elm və ədəb sahibi olsun. Çünki yalnız elm və tərbiyə millətin tərəqqisinə səbəb ola bilər.

Beləliklə, XIX əsrin II yarısında Qafqaz müsəlmanlarının milli oyanışına, mədəni türkçülüyə və İslamçılığa təkan verən Həsən bəy Zərdabi müqəddəs işinin davamı olaraq 1900-cü illərdə Rusiya, eyni zamanda Qafqaz türklərinin dil-millət və din-İslam birliyi ətrafında birləşməsini vacib hesab etmişdir. Onun bu dövrdə milli bir ideoloq kimi Azərbaycan türklərini maarifləndirmək yolu ilə ayrıca bir millət olaraq varlığını isbat etməyə və milli birliyinə çalışması xüsusilə diqqətəlayiqdir.

 

Elmira Abasova Məmməd qızı

Fəlsəfə üzrə fəlsəfə doktoru, Dünya Türk Ocakları Genel Merkezi, bilim ve kültür bölümünün başkanı

+994507594571, [email protected]

 

 

 

 

 

 

 

Related Articles

Bir cavab yazın

Back to top button