Azərbaycanİran

İran rəsmisi: “Arazın çirklənməsini aradan qaldırmağa çalışırıq”

“Nasim Ardabil” saytı xəbər verir ki, İranın vitse-prezidenti və Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədri Əli Səlaceqe Araz çayının çirkləndirilməsi ilə bağlı qaldırılan məsələlər haqqında deyib: “Araz çayı məsələsi bir neçə ildir ki, müzakirə olunur və buna şəxsən mən cavabdeh idim”

Onun sözlərinə görə, Araz çayı ilə bağlı Ermənistanda çox əlverişli görüş keçirildi və vəziyyət çox yaxşı idi, ancaq təəssüflər olsun ki, qarşı tərəf bəzi məsələlər qaldırıb və biz İran Xarici İşlər Nazirliyi vasitəsilə məsələni izləyirik və problemləri həll edəcəyik.

“Biz çay üzərində geniş monitorinq aparırıq və Arazın çirklənməsi ilə bağlı yayılan xəbərlər əsla doğru deyil. Təbii ki, çayda müəyyən çirklənmələr var, lakin deyildiyi qədər zərərli deyil”,- deyə İran rəsmisi iddia edib

Related Articles

Bir cavab yazın

Back to top button