Dünyaİran

Əfqanistanlı qaçıqınlar İrandan çıxarıldı

Son 4 gün ərzində İranda yaşayan əfqanistanlı qaçqınlardan 15472 nəfəri məcburi şəkildə ölkələrinə geri qaytarılıblar.

Bu barədə Xorasan Rəzəvi əyalətinin Sərhəd Mühafizəsi komandanlığı məlumat yayıb.

Məlumatda geri qaytarılan qaçqınların İranda qanunsuz yaşadıqları bildirilib.

Qeyd edək ki, İranla Əfqanistan hakimiyyəti arasında münasibətlərin gərginləşməsindən sonra bu ölkədə yaşayan əfqan qaçqınlara qarşı təzyiqlər daha da artıb.

İranda yaşayan əfqanistanlı qaçqınların ölkədən çıxarılması üçün yeni plan hazırlanıb və onlar mərhələli şəkildə deportasiya edilir.

Son günlər İranın bir neçə şəhərində əfqanistanlı qaçqınların evlərinə hücumlar edilməsinin arxasında hakimiyyətin durduğu bildirilir.

Related Articles

Bir cavab yazın

Back to top button