Qərbi Azərbaycan əyalətində 21 nəfər koronavirusun “Britaniya növü”nə yoluxub. Bu barədə Qərbi Azərbaycanın Tibb Danişqahının rəisi bilgi verib. Cavad Ağazadənin sözlərinə görə, koronavirusla ilgili əyalətin 4 şəhəri narıncı, 2-si göy, qalanı isə sarı elan edilib. O, qonşu ölkələrdən Urmuya gələn uçaqların müsafirləri arasında müayinə aparıldığını diqqətə çatdırıb. Bu zaman müsafirlərdən ikisinin koronavirusun “Britaniya növü”nə yoluxduğu bəlli edilib.