Dünya

Almaniya Ukraynaya yeni hərbi yardım paketini elan etdi

Almaniya hökuməti Ukraynaya yeni hərbi yardım paketi təqdim edib.

Bu barədə Almaniya hökumətinin saytı xəbər yayıb.

Axar.az-məlumatına görə, son yardım paketinə hava hücumundan müdafiə sistemləri üçün döyüş sursatları, zirehli döyüş maşınları, kəşfiyyat PUA-ları, dronaşkarlama sistemləri və digər hərbi döyüş sursatları daxildir.

Almaniya hökuməti bəyan edib ki, Almaniya Rusiya Federasiyasının tammiqyaslı işğalının əvvəlindən Ukraynaya dəstək verib və bu dəstək davam edəcək.

Related Articles

Bir cavab yazın

Back to top button