Dünyaİran

AP-nin üzvü İbrahim Rəisinin cəzalandırılmasını tələb etdi

"İbrahim Rəisi kimi adamlar cəzasız qalmamalıdır". Bunu Almaniyanın Avropa Parlamentindəki nümayəndəsi Hanna Neumann deyib.

O, bu barədə özünün tvitter hesabında paylaşım edib.

“Bu gün biz İranda edamların artdığını görürük.

Çünki Rəisi kimi insanlar minlərlə insanı öldürsə də, cəzasız qalırlar. Bu pis nümunəni aradan götürməyin vaxtı çatıb və beynəlxalq ictimaiyyət bu məsələdə öz rolunu oynamalıdır”,- Hanna Neumann vurğulayıb.

Qeyd edək ki, İbrahim Rəisi 1988-ci ildə İranda minlərlə siyasi məhbusun aradan götürülməsi ilə nəticələnən kütləvi edamlarda rol oynayan “ölüm qrupu”nun 4 üzvündən biri olub.

O, prezident sçildiyi gündən bu yana isə İranda edamların sayı kəskin artıb.

Related Articles

Bir cavab yazın

Back to top button