Azərbaycanİran

Güneyli soydaşlarımızın Bəzz qalasına ənənəvi yürüşünün qarşısı alınıb

İrqçi Ayətullah rejimi xalq qəhrəmanımız Babək Xürrəminin anım günü münasibətilə güneyli soydaşlarımızın Bəzz qalasına təşkil etmək istədikləri ənənəvi yürüşə mane olub.

Kəleybər mahalı və Babək qalasına gedən yolların çoxu bağlanıb və polis postları yerləşdirilib.

Qeyd edək ki, 2002-ci ildə milli fəallarımız Babək Xürrəminin anım günü münasibətilə Bəzz qalasına yürüş təşkil etmişlər. Qurultay xarakterli həmin görüşdə soydaşlarımız Azərbaycan xalqının öz müqəddəratını təyinetmə, hüququnu tələb etmək, irqçilik və aparteidə qarşı mübarizə aparmaq və öz haqq səslərini dünyaya çatdırmaq məqsədilə orada hər il kütləvi şəkildə yığışacaqlarına dair razılaşmışlar.

Lakin növbəti – 2003-cü ildə Ayətullah rejimi Azərbaycan Milli Hərəkatının onlarla fəalını həbs edərək sözügedən mərasimin müntəzəm həyata keçirilməsinin qarşısını alıb.

2004-cü ildən bu günədək Kəleybər yaxınlığındakı şəhərlərin çıxışında nəzarət-buraxılış məntəqələri qurulur. Bu günədək isə yüzlərlə milli fəal azadlıqdan məhrum edilib.

Related Articles

Bir cavab yazın

Back to top button