Dünya

Birləşmiş Ərəb Əmirliklərində Azərbaycanın tarixi qələbəsi qeyd edilib

İmaratda yaşayan soydaşlarımız Azərbaycanın mədəniyyət paytaxtı, qədim Şuşa şəhərinin işğaldan azad olunması və 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın tarixi qələbəsi münasibətilə silsilə tədbirlər keçiriblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Dubay şəhərində yaşayan soydaşlarımız Şuşanın erməni işğalından azad olunmasını yüksək coşğu ilə qeyd ediblər. Azərbaycan Prezidenti, Ali Baş fərmandeh İlham Əliyevə və torpaqlarımızın azadlığı uğrunda rəşadətlə mübarizə aparan ordumuza dərin minnətdarlıqlarını ifadə ediblər. Paytaxt Abu-zəbi şəhərində də oxşar tədbir keçirilib. Tədbirdə Azərbaycanın milli musiqiləri, xalq mahnıları səsləndirilib. Soydaşlarımızın təşkilatlanması və Azərbaycan tarixinin, zəngin mədəni irsinin təbliği məqsədilə belə görüşlərin tez-tez keçirilməsi qərara alınıb.

Related Articles

Bir cavab yazın

Back to top button