İran

Həmid Ədib Şəfəq və İsa Əzizi Ərdəbilin kəşfiyyat baş idarəsinə çağırılıb

Ərdəbildə yaşayan azərbaycanlı fəallar Həmid Ədib Şəfəq və İsa Əzizi novambrın 3-də Ərdəbilin İttilat Baş İdarəsinə çağırılaraq dindiriliblər.
Əmniyət qüvvələri tərəfindən beş saat dindirilən fəalların təhdid edildikləri bəlli olub. Fəallar mədəni dinc fəaliyyət göstərdikləri üçün əmniyət qüvvələri tərəfindən dəfələrlə tutuqlanaraq təhdid ediliblər.
Qeyd edək ki, Güney Azərbaycan şəhərlərində Qarabağa dətək və İranın Ermənistana yardım göndərməsinə etiraz olaraq aksiyalar keçirilib. Etirazlarda iştirak edən milli fəallar İranın əmniyət qüvvələri tərəfindən geniş həbslər, məcburi çağırışlar və telefon təhdidləri ilə üzləşiblər.
İnsan haqları təşkilatlarının verdiyi məlumata görə, Azərbaycan şəhərlərində keçirilən etiraz mitinqləri zamanı 150 fəal tutuqlanıb.

Related Articles

Bir cavab yazın

Back to top button