Dünya

Özbəkistan prezidenti bu gün and içəcək

Bu gün Özbəkistanda növbədənkənar seçkilərdə yeni müddətə seçilən Prezident Şavkat Mirziyoyevin andiçmə mərasimi keçiriləcək.

Bu barədə Senatın (parlamentin yuxarı palatası) mətbuat xidməti məlumat yayıb.

Hazırkı dövlət başçısı ilə yanaşı Özbəkistan Xalq Demokratik Partiyasından İnoyatov Uluqbek İlyasoviç, “Adolat” Sosial Demokrat Partiyasından Mahmudova Robaxon Anvarovna, Özbəkistan Ekologiya Partiyasından Abduşükür Həmzəyev namizəd olublar.

Respublikada mövcud olan digər partiya – “Milli Dirçəliş” hazırkı prezidentin namizədliyini dəstəkləyib.

MSK-nin yekun məlumatlarına görə, Mirziyoyev Özbəkistan tarixində ilk növbədənkənar seçkilərdə 87,05 % səslə qalib gəlib. Seçkilərdə iştirak 80 faizə yaxın olub.

Senatın binasında keçiriləcək andiçmə mərasimində parlamentin yuxarı və aşağı palatalarının, ölkə hökumətinin, Mərkəzi Seçki Komissiyasının və Konstitusiya Məhkəməsinin üzvləri, habelə diplomatik korpusun, beynəlxalq təşkilatların nümayəndələri, yerli və xarici jurnalistlər iştirak edəcəklər. (report)

Related Articles

Bir cavab yazın

Back to top button