İran

Əhərdə koronavirusa yoluxanların sayı kəskin artıb

Əhərdə koronavirusla bağlı son durum açıqlanıb. Bu haqda Əhər şəhər Sağlıq Şəbəkəsinin müdiri Məhəmməd Mirzapur məlumat verib. Onun sözlərinə görə, şəhər mərizxanalarına yerləşdirilən mərizlərin sayında artım qeydə alınıb. Özəlliklə koronavirusun Britaniya növünə yoluxma sayında ciddi artım var. Məhəmməd Mirzapur bildirib ki, təhlükəli durum uzun müddət davam edərsə, şəhərin qırmızı məntəqəyə çevrilməsi istisna edilmir. Rəsmi amarlara əsasən, hazırda şəhərdə koronavirus mərizlərinin sayı 5 957 nəfərdir. Əhərdə indiyədək təhlükəli virusdan həyatını itirənlərin sayı 209 nəfər təşkil edir.

Related Articles

Bir cavab yazın

Back to top button