İran

İranda 4 məhkum edam edilib

İran İnsan Haqları Təşkilatının verdiyi məlumata görə, İmambəxş Naruyi, Möhsün Anşini və Vəli Rudini adlı etnik bəluçlar Zahidan zindanında edam ediliblər.

Bununla yanaşı Şiraz şəhərinin Adilabad zindanında da, hələlik kimliyi dəqiqləşdirlə bilməyən daha bir məhkum edam edilib.

Narkotik maddələrin alverinə görə edam cəzasına məhkum edildikləri iddia olunan şəxslərin öldürülməsi barədə İran Məhkəmə Sistemi və dövlət mediası hər hansı məlumat verməyib.

Bir müddət bundan öncə İran İnsan Haqları Təşkilatının yaydığı hesabata görə, 10 oktyabr 2021-ci ildən 7 oktyabr 2022-ci ilə kimi İranda 528 nəfər edam edilib və bu öncəki illə müqayisədə edam saylarının 98 faiz artdığını göstərir.

10 oktyabr Ümumdünya Ölüm Cəzasına Qarşı Mübarizə Günündə yayılan hesabatda İran zindanlarında minlərlə məhkumun edam cəzalarının icra olunacağını gözlədikləri qeyd olunub.

Related Articles

Bir cavab yazın

Back to top button