İran

İraqda İrana bağlı silahlı qruplar iğtişaşlar törədiblər

İraqın bir çox bölgələrində İrana bağlı yaraqlı dəstələr parliman seçkilərinin nəticələrinə etiraz olaraq küçələrə axışıblar.

Həşdi Şəbi qrupunun bəzi tərəfdarları paytaxt Bağdadda ölkənin əmniyət gücləri ilə gərginlik yaşayıb.

Bundan başqa, etirazçılar Bağdad-Babol yolunun Əl-Mahmudiyə bölgəsinin güneyindən keçən hissəsini bağlayıblar.

Eyni zamanda Mosul, Bəsrə və başqa bölgələrdə də etiraz mitinqləri baş tutub.

“İraq Şiələrinin həmahəngi Şurası” dövlətdən rəylərin yenidən sayılmasını istəyib, əks halda qarşıdakı günlərə etiraz aksiyalarının davamlı olması barədə uyarıblar.

Xatırladaq ki, 2019-cu ildə İraqda keçirilən kütləvi etirazlarından, insanlar İranın bu ölkənin daxili işlərinə qarışması və silahlı dəstələrə yardımının dayandırılmasını tələb etmişdi. Eləcə də o zaman İranın İraqdakı konsulluğu da dəfələrlə yandırılmışdı.

Related Articles

Bir cavab yazın

Back to top button