Azərbaycanİran

İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycana göndərilən 46 kq narkotik aşkarlanıb

İrandan qaçaqmalçılıq yolu ilə göndərilən 46 kiloqram narkotik vasitənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı polis əməkdaşları tərəfindən alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının rayonun Sım kəndi ərazisində həyata keçirdikləri uğurlu əməliyyat tədbiri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən Lənkəran şəhər sakini Elxan Həsənov saxlanılıb.

Onun idarə etdiyi avtomobilin yük yerinə baxış zamanı 46 kiloqram, o cümlədən 20 kiloqram tiryək, 20 kiloqram marixuana, 5 kiloqram heroin, 1 kiloqram metamfetamin, 2000 ədəd metadon həbi aşkar olunaraq götürülüb.

Araşdırma zamanı E.Həsənovun narkotik vasitələrin qanunsuz dövriyyəsini şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə təşkil etdiyi müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb, E.Həsənov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Ölkə ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri polis əməkdaşları tərəfindən qətiyyətlə davam etdirilir. (report)

Related Articles

Bir cavab yazın

Back to top button