Dünya

Qazaxıstanda son durum: Desant qoşunları Almatıda iğtişaşçılarla döyüşür

Hazırda Müdafiə Nazirliyinin hava-desant bölməsi Qazaxıstanda iğtişaşlar törədən silahlılarla mübarizə aparır.

Bu barədə “Sputnik Qazaxıstan” məlumat yayıb.

Bundan əvvəl ölkə prezidenti Kasım-Jomart Tokayev Təhlükəsizlik Şurasının iclasına sədrlik edib. O, yeni müraciətlə çıxış edib və orada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) tərəfdaşlarından hərbi yardım istəməyin zəruriliyini bildirib.
Qazaxıstanda etiraz aksiyaları yeni ilin ilk günlərində başlayıb.

Neft hasil edən Manqistau vilayətində yerləşən Janaozen və Aktau şəhərlərinin sakinləri avtomobillərin yanacağı kimi istifadə olunan maye qazın qiymətinin iki dəfə artırılmasına etiraz olaraq aksiya keçiriblər.

Respublika Energetika Nazirliyi izah edib ki, yanvarın 1-dən onun dəyəri tələb və təklif əsasında elektron birja ticarətində formalaşmağa başlayıb.

Yanvarın 4-də hakimiyyət etirazçıların əsas tələbini yerinə yetirməyə – qazın qiymətinin aşağı salınmasına hazır olduqlarını bəyan edib. Buna baxmayaraq, başqa şəhərlərdə etirazlar başlayıb.

Yanvarın 5-də səhər saatlarında Tokayev hökuməti istefaya göndərib və altı ay ərzində maye qaz və benzinin qiymətlərinin dövlət tənzimlənməsini tətbiq etməyi tapşırıb.

O, həmçinin respublikanın ilk prezidenti Nursultan Nazarbayevi Təhlükəsizlik Şurasının rəhbərliyindən uzaqlaşdırıb, quruma özününsədrlik edəcəyini açıqlayıb və vəziyyəti həll etmək üçün yeni tədbirləri açıqlayıb

Related Articles

Bir cavab yazın

Back to top button