İran

İbrahim Rəisi Tehrandan Nyu-Yorka yola düşüb

İran prezidenti İbrahim Rəisi Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün bu gün sentyabrın 19-u səhər saatlarında Tehrandan Nyu-Yorka yola düşüb.

Onu bu səfərdə Əli Xameneyinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti və Nazirlər Kabinetinin bir qrup üzvü müşayiət edir.

Qeyd edək ki, avqustun 16-da insan haqları təşkilatları, respublikaçılar, yəhudi fəallar və iranlı-amerikalı qrupların koalisiyası Ağ Evə məktub göndəriblər.

Məktubda İranın Amerikaya qarşı təhdidlərini və İbrahim Rəisinin insan haqları pozuntularını, xüsusən də onun 1988-ci ildə kütləvi edamlardakı rolunu əsas gətirərək Baydendən ona Amerika vizası verməkdən imtina etməsini istəyiblər.

Bundan öncə avqustun 2-də Amerika prezidenti Co Baydenə göndərdikləri məktubda yeddi respublikaçı senator ondan İbrahim Rəisinin Nyu-Yorkda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak etmək üçün viza tələbinə qarşı çıxmasını istəyiblər.

Related Articles

Bir cavab yazın

Back to top button