Azərbaycanİran

Güney Azərbaycanda uşaqlara Azərbaycan dilində kitablar paylanılıb

Güney Azərbaycanın bir neçə şəhərində mədəni fəallar aksiya keçiriblər.

Bu,17 dekabr 1946-cı ildə Güney Azərbaycanda Milli Hökumət devrildikdən sonra Azərbaycanca dərslik və kitabların yandırılması gününün ildönümü ilə əlaqədar təşkil olunub.

Mədəni fəallar Azərbaycan dilində uşaqlar və yeniyetmələr üçün nəşr olunan çox sayda kitab paylayıb, fars şovinistləri tərəfindən türkcə kitabların yandırılmasına etirazlarını bildirib, qeyri-fars dillərə qarşı oxşar siyasətin davam etdiyini xatırladıblar.

Qeyd edək ki, 1946-cı ildə Azərbaycan milli Hökuməti devrildikdən sonra mərkəzi hökumət qoşunları Azərbaycan şəhərlərində qırqın törətməklə yanaşı,Azərbaycan dilində nəşr olunan dərslik və başqa kitabların yandırılmasına başladılar.

Xüsusilə, 17 dekabr (26 azər) günü Güney Azərbaycanın bir çox bölgələrində hökumət qoşunları və onların yerli əlaltıları bir illik Milli Hökumət dövründə çap olan Azərbaycanca kitabları toplayaraq yandırıblar.

Bu hadisədən sonra dahi Azərbaycan şairi Səməd Vurğun məşhur “Yandırılan kitablar” şeirini yazıb.

Cəllad, sənin qalaq-qalaq yandırdığın kitablar
Min kamalın şöhrətidir, min ürəyin arzusu…
Biz köçürük bu dünyadan, onlar qalır yadigar,
Hər vərəqə nəqş olunmuş neçə insan duyğusu.

Related Articles

Bir cavab yazın

Back to top button