İran

Tvitter İranla əlaqəli 130 saxta hesabı silib

Twitter şirkəti ötən gecə İranla bağlı olduğu güman edilən təqribən 130 saxta hesabı silib. Bu olay Amerikanın Federal Təhqiqat dəftərindən verilən məlumatlardan sonra baş verib. Twitterdən verilən məlumata görə, həmin hesablar Amerikada keçiriləcək prezident seçkilərində ilk munazirə ilə bağlı ictimai müzakirələri pozmağa çalışıb. Sözügedən tvitlər ciddi təpki doğurmayıb və ictimai müzakirələrə təsir göstərməyib. Həmin mesajların ayrıntılarını başqa şirkətlərə təqdim ediləcək. Araşdırma başa çatdıqdan sonra məlumatlar ictimailəşdiriləcək”,-deyə tvitterdən açıqlanıb.
Bildirək ki, Amerikanın əmniyət qurumları İran, Çin və Rusiyanın Amerikada keçiriləcək seçki prosesini pozmaq niyyətində olduqları barədə xəbərdarlıq ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button