İran

Əli Nikzad Miyana-Ərdəbil dəmiryolu layihəsindən danışıb

“Miyana-Ərdəbil dəmir yolunun istifadəyə verilməsi bizim qırmızı xəttimizdir. Bu projənin icrası ilə bağlı yaşanan yubanmaya susa bilmərik”. Bu sözləri İslami Şura Məclisində Ərdəbil, Nir, Nəmin və Səreyin əhalisinin nümayəndəsi Əli Nikzad deyib. Bu barədə o, azər ayının 20-də Ərdəbil Əyalətində Yol Projələrinin İrəliləməsi və İcrası üzrə keçirilmiş toplantıda danışıb. “Miyana-Ərdəbil dəmiryolu projəsi əyalət əhalisinin və Nümayəndələr məcməyinin üstünlük təşkil edən istəyidir. Ölkənin Bərnamə və Büdcə Sazimanı projəyə lazım olan mali mənbələrin təmin ediləcəyini bildirib. Məsul idarələr bunu nəzərə alaraq projənin icrası ilə bağlı işlər görməlidir. Dəmir yolu vaxtında Ərdəbil əyaləti sakinlərinin istifadəsinə verilməlidir”,-deyə o, bildirib. Əli Nikzad Ərdəbil-Sərçəm yol projəsinə də münasibət bildirib. Onun sözlərinə görə, Yol və şəhərsalma vəziri projəninin sürətləndirilməsi və davam etdirilməsi barədə tam səlahiyyət verib. Bu projəyə 100 milyard tümən vəsait ayrılıb. Ərdəbil-Sərçəm yolu 180 kilometr uzunluğundadır. Onun 140 kilometri genişləndirilməli və dörd zolaqlı edilməlidir. Qalan 40 kilometri tunel olan yerlərdir. Məlumata görə, tunellərin ikinci bandının tikilməsi ölkə üzrə adlım peymankara tapşırılacaq.

Related Articles

Bir cavab yazın

Back to top button