Azərbaycan

Zənganın sement zavodunun işçiləri tətilə başladı

Zənganın Xəmsə Sement Zavodunun işçiləri əmək haqlarının verilməməsinə etiraz olaraq tətil aksiyasına başlayıb.

Zənganlı işçilər iş şəraitlərinin çətinliyinə, iş saatlarının çoxluğuna etiraz ediblər.

Onlar həmçinin əmək haqları və qanunla nəzərdə tutulan başqa ödənişlərin verilmədiyini bildiriblər.

Qeyd edək ki, Zənganın Xəmsə Sement Zavodunun günlük gəliri 3 milyard tüməndən çoxdur.

Buna baxmayaraq, uzun müddətdir işçilərin əmək haqlarının ödənilməsi ilə bağlı heç bir addıma tılmır.

Bu da zavod işçilərinin etirazlarına səbəb olub.

 

کارخانه سیمان خمسه | تولید کننده انواع سیمان پرتلند

Related Articles

Bir cavab yazın

Back to top button