İran

TƏBRİZ DİVARLARINDA ÖZGÜRLÜK HARQIRTISI

Xordad ayının 4-ü milli fəallar Təbrizin bəzi məhəllələrinə şuarlar yazıblar. Divarlara yazılan şuarlar Güney Azərbaycanın siyasi zindanilərinin azadlığı ilə bağlı olub.
Xatırladaq ki, son illər milli fəallara olan basqılar artıb. Hazırda həbsdə olan fəallar, o cümlədən Lətif Həsəni, Abbas Lisani, Tohid Əmir Əmini, Cəfər Rüstəmi, Kiyanuş Əmir Əslani, Əmir Səttari, Yunis Qulizadə, Cəfər İsmailzadə. Milad İsmailzadə, Yusif Kari kimi milli fəallar zindanda saxlanırlar.
Bundan başqa bir çox milli fəal o cümlədən Əkbər Azad, Əlirza Fərşi ,Behnam Şeyxi, Həmid Mənafi-nadarlı, Məhəməd Məhmudi, Yaşar və Ruzbeh Piri, Meysəm Colani bu yaxınlarda məhkəmə tərəfindən həbs və sürgünə məhkum ediliblər. Onlardan 4 nəfərinin hökmü təcdid nəzər dadqahında təiid edilib.
Eyni halda Əkbər muhaciri, Əli və rəza Vasiqi, Davud və Əyub Şiri, Şahin Bərzgər, Nasir Xulusi, Babək Hüseyni Muqədəm, Əli Əzizi, Səccad Şəhiri Vəsiqə qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıblar.

Related Articles

Bir cavab yazın

Back to top button