Dünya

LEYLA SƏNAYE ŞƏHƏRCİYİNİN TOLİD VAHİDLƏRİNİN ÇİRKLİ SULARI MÜŞKÜLƏ (PROBLEMƏ) ÇEVRİLİB

Leyla sənaye şəhərciyi və ona birləşik park, orada olan tolid vahidlərinin çirkli suları müşkülə tuş gəlib. Bu çirkli sular heç bir arıdılma işləri olunmadan yaşam mühitinə buraxılır və beləcə, ciddi ziyanvermə nəticələri yaranır.
Leyla sənaye şəhərciyi və ona birləşik park Qəzvin-Buin Zəhra yolunun 18-ci kilometrliyində yerləşir və onda olan vahidlər elektrik tolidi və elektronik sənayesi, toxuculuq, qəza maddələri, şimyayi sənaye, yuyucu maddələrin tolidi, plastik, qablaşdırma sənayesi üzrə fəaliyyət göstərir.
Bu sənaye şəhərciyində 11 min nəfər işləyir və orada 348 vahid yerləşir.
Sənaye şəhərciyində ancaq 1 çirkli su-arıtma karxanası fəaliyyət göstərir, biri də tikilməkdədir.
Şəhərcikdən axıdılan çirkli sular arxlar yolu ilə Buin Zəhra şəhristanına sarı yönəldilir. Bu məsələ isə bir sıra müşküllərin yaranmasına, o cümlədən əkinçilər tərəfindən yüksək çirkli olan bu sulardan əkinlərində istifadəsinə səbəb olur.
Qəzvinin dadsitanı Məhəmməd Qasimi sakinlərin hüquqlarının ehyası bu böhranın idarə olunması üçün həmin müşküllərin həllinə başlayıb və məsələni ilgili orqanların müdirlərinin iştirakı ilə Qəzvin şəhristanı Məhkəməsinin İqtisadi İşlər Sitadının ilk oturumunda irəli sürüb.
Qəzvinin dadsitanı deyib ki, ustanda ev və ya sənaye çirkli sularının məsələsi böhran həddinə çatdığına görə Ustanın Böhranların İdarə olunması Sitadı müdaxilə etməyə başlayıb.
“Biz bu məsələnin yoluna qoyulması üçün 2-3 ayadək bir qısamüddətli bərnamənin hazırlanmasına ehtiyacımız vardır. Ona görə ki, çirkli suların məsələsi belə davam edərsə, daha da böyük bir böhranlarla üzləşəcəyik. Təəssüflə bu tullantı sulardan əkin məhsullarına suvarma mənbələri kimi istifadə olunur. Bunun isə xoşagəlməz nəticələri ola bilər. Bu müşküllər iclasların keçirilməsi ilə həll olunmasa, sənaye vahidlərini işlədənlərə və dövlət idarələrinin müdirlərinə qarşı qanuni məhrumlardan istifadə olunmalıdır”, – Məhəmməd Qasimi artırıb.
Bildirək ki, Leyla sənaye şəhərciyi və ona birləşik park ustanın qabaqcıl sənaye şəhərciklərindən hesab olunsa da, çirkli suların arıdılması üçün gərəkən təsisata malik deyil. Ona görə də bu sənaye şəhərciyindən axıdılan çirkli sular bölgədə sakinlərin narazılıqlarına səbəb olub və burada çox pis qoxuların yaranması ilə nəticələnib.

Related Articles

Bir cavab yazın

Back to top button