Azərbaycanİran

Bu gün sükut dünyasının müəllimi, Cabbar Bağçebanın vəfatının ildönümüdür

Mirzə Cabarəsgərzadə (Cabbar Bağçeban) (1885 -1966) yazıçı, tərcüməçi, jurnalist və İranda məktəbəqədər təhsil və karların təhsili üzrə qabaqcıl, Mərənd şəhərində ilk uşaq bağçasının və Təbrizdə ilk lal-karlar məktəbinin yaradıcısıdır.

O, 1921-cu ildə Təbrizdə Karlar Məktəbini yaradıb. Bu məktəb Əncuman xiyabanında Bağçeban uşaq bağçasının yanında Əncüman malikanəsi kimi tanınan binada yaradılmışdır.

1924-cü ildə Şirazda uşaq bağçasına başlayana qədər uşaqları öyrətmək üçün dram, hekayə və oyunlardan istifadə edib.

Bağçeban 1933-cü ildə Tehranda karlar və lallar üçün bir məktəb açır. Hətta 1935-ci ildə karların eşitməsi üçün bir cihaz ixtira edir və bununla da cəmiyyətin naqis üzvlərini həyata sövq etdirir.

Cabbar Bağçeban 1966-cı ilin payızında Tehranda vəfat edib. Onun adı həmişə Azərbaycan xalqının ən sədaqətli xadimi kimi qeyd olunacaq.

Related Articles

Bir cavab yazın

Back to top button