Dünyaİran

Belçika parlamentinin İrana müxalif üzvünü həyatı təhlükədədir

Belçika polisi bu ölkənin parlamentinin əslən İrandan olan üzvü Dərya Səfayiyə həyatına təhlükə olduğu barədə xəbərdarlıq edib.

Bu barədə Səfayi özü məlumat yayıb.

O, polisin təhlükənin radikal islamçılar tərəfindən olacağını söyləyib və əlavə edib ki, bu, İrana bağlı ifratçıların işidir.

Millət vəkili bir çox yerlərdə olduğu kimi İran hökumətinin Belçikada da islamçı cərəyanları dəstəklədiyini deyib və həyatına qarşı hər hansı qəsdə görə Tehran rejiminin məsuliyyət daşıdığını bildirib.

“İslamçılar İranı işğal edərək bir dəfə mənim həyatımı məhv etdilər. Qərb xalqlarının da eyni təcrübəni yaşamasını istəmirəm və bu məqsəd üçün mübarizə aparacam”,- Dərya Səfayi qeyd edib.

Dərya Səfayi belçikada İranın siyasətlərinə qarşə tədbirlər görülməsi və SEPAH-ın terrorçu təşkilatlar siyahısına salınması istiqamətində ən fəal nümayəndə hesab edilir.

O. bundan əvvəlki fəaliyyətlərinə görə, iyul ayından Belçika polisi tərəfindən xüsusi mühafizə edilir.

Related Articles

Bir cavab yazın

Back to top button