Azərbaycan

Şərqi Azərbaycanda “Sepah”çıların yüksək vəzifələrə təyinatı davam edir

Daha iki “Sepah”çı yüksək vəzifəyə gətirildi.

Şərqi Azərbaycan əyalətinin valisi, İran islam İnqilab Keşikçiləri Korpusunun molandirlərindən olan Zeynəlabdin Rəzəvi Xurrəm daha iki “Sepah”çını yüksək vəzifəyə təyin edib.

Xurrəmin sərəncamına əsasən “Sepah” komandirlərindən olan Məhəmməd İskəndəranini Şərqi Azərbaycan əyalətinin Kənd İşləri Baş İdarəsi və Əyalət Şuralarının rəhbəri təyin edilib.

1973-cü ildə Marağa şəhərində anadan olan İskəndərani bundan öncə yarım hərbi “Bəsic” təşkilatı və “Sepah”da yüksək vəzifələr tutub.

Bununla yanaşı valinin başqa sərəncamı ilə Cəfər Rəzmi Şərqi Azərbaycan valiliyinin təhlükəsizlik idarəsinin rəisi təyin edilib.

1981-ci ildə Əhər şəhərində anadan olan Cəfər Rəzmi, bundan əvvəl Şəbistərin İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri, yarım hərbi “Bəsic” təşkilatının bölgə məsulu və Sepahın “Aşura” briqadasının müfəttiş müavini vəzifələrində çalışıb.

Qeyd edək ki, Zeynəlabdin Rəzəvi Xurrəmin Şərqi Azərbaycan əyalətinə vali təyin olunmasından keçən son bir neçə ay ərzində “Sepah” komandirlərindən bir neçə əyalətdə həssas vəzifələrə gətirilib.

Bununla da SEPAH-ın İbrahim Rəisi hökumətindəki nüfuzu və həssas postları və nazirlikləri ələ keçirməsi prosesi daha da gücləndirilib.

Hazırda İbrahim Rəisinin hökumətində nazir postunda olanların demək olar ki, hamısı, o cümlədən də İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan SEPAH terror təşkilatının və onun “Qüds” briqadasının keçmiş komandirləri olublar.

Related Articles

Bir cavab yazın

Back to top button