Dünyaİran

G7 qrupu: İran Yəmən və Rusiyaya silah göndərməyi dayandırmalıdır

G7 qrupuna üzv ölkələr İranın bölgədə dağıdıcı rolu, nüvə proqramı, Rusiya ordusu və Yəmən üsyançılarına silah göndərməsi barədə birgə bəyanatla çıxış ediblər.

ABŞ, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və Böyük Britaniyadan ibarət G7 qrupu Münhendə növbəti Təhlükəsizlik Konfransı keçirib.

İtaliyanın XİN-in saytında nəşr edilmiş bəyanatda İrandan Ukraynaya qarşı müharibədə Rusiya ordusuna köməyini dayandırması tələb olunub. Həmçinin bütün ölkələrdən “İranın PUA proqramları ilə əlaqədar cihazlar və ehtiyat hissələrinin təmin olunmasının” dayandırılması istənilib.

Bəyanatda deyilir: “İran Yəmən üsyançılarına silahlar göndərməklə BMT Təhlükəsizlik Şurasının 2216 nömrəli qətnaməsini pozur və bölgədə çaxnaşmaların artmasına səbəb olur”.

G7 qrupunun bəyanatında, həmçinin “İranın nüvə silahına çatmasına əsla yol verilməyəcəyi və bu ölkənin nüvə proqramının sülh məqsədli olmadığı” vurğulanıb.

Related Articles

Bir cavab yazın

Back to top button