Azərbaycan

Tehran və Kərəcdə türk dilində kitablar paylanılıb

İki gündür başladılan mədəni aksiya başqa şəhərlərdə də davam etdirilir.

Fevralın 19-da 21 Fevral Beynəlxalq Ana Dili Günü münasibətilə Tehran və Kərəc şəhələrində milli-mədəni fəallar uşaqlar arasında Azərbaycan türkcəsində uşaq nağılları və hekayələrindən ibarət kitablar paylayıblar.

Bununla yanaşı fars dilində təhsil almağa məcbur edilən uşaqların ana dilində təhsil almaq istəkləri ilə bağlı videolar yayılıb.

Bundan öncə fevralın 18-də oxşar aksiya Əcəbşer və Təbrizdə keçirilmiş və şəhər səviyyəsində uşaqlar arasında kitablar paylanılmışdı.

Related Articles

Bir cavab yazın

Back to top button