Azərbaycan

Həmədan üçün vacib su kəməri layihəsi 18 ildir yarımçıq qalıb

Həmədan əyalətində ciddi su problemi yaşanır. Buna baxmayaraq İran hökuməti su çatışmazlığının aradan qaldırılması yönündə addım atmır.

Həmədan şəhərində içməli su çatışmazlığı böhran səviyyəsinə çatsa da,  2004-cü ildə başladılan su kəmərinin çəkilişi layihəsi yarımçıq qalıb.

18 il öncə Talvar su bəndindən Həmədanın içməli suyunu təmin etmək üçün çəkilişinə başladılan su kəmərinin tamamlanmasına büdcə ayrılmır.

Həmədan əyalətinin valisi Əlirza Qasimi Fərzad layihənin tamamlanması üçün lazim olan vəsaitin ödənilməsi ilə bağlı ölkə prezidenti İbrahim Rəisinin əyalətə nəzərdə tutulan səfəri zamanı məsələ qaldıracaqlarını deyib.

Qeyd edək ki, bir müddət bundan öncə Həmədanın Regional Su Şirkətinin Su Ehtiyatlarının Qorunması və İstifadəsi bölməsinin məsulu Davud Şahsevən əyalətdə su ehtiyatlarının tükəndiyi və yaxın gələcəkdə su çatışmazlığı böhranı yaşanacağı barədə xəbərdarlıq etmişdi.

Related Articles

Bir cavab yazın

Back to top button