Azərbaycanİran

İrandan Azərbaycana narkotik gətirən daha bir nəfər saxlanılıb

Sabunçu rayonunda baş tutan tədbir nəticəsində Masallı rayon sakini Rafiq Ağayev narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdiyi üçün saxlanılıb.

Onun avtomobilinə və üzərinə baxış zamanı 74 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, 11 kiloqram tiryək, 8 kiloqram metamfetamin və 30 ədəd narkotik tərkibli həb olmaqla ümumilikdə 93 kiloqram narkotik aşkar edilib.

Qeyd edək ki, Rafiq Ağayevdə aşkar edilən narkotik vasitə kütlələri ölkəyə dəniz yolu ilə gətirildiyi üçün xüsusi plastik çəlləklərdə qablaşdırılıb.

Saxlanılan şəxs narkotik vasitələri İran vətəndaşı, şəxsiyyəti istintaqla araşdırılan Kazım adlı tanışı vasitəsilə Sabunçu rayonunda gizlədilən yerdən maddi gəlir əldə etmək məqsədilə götürdüyünü bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button